İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın İsfahan şəhərində yerləşən “Natanz” nüvə zavoduna baş verən qəzanın arxasında İsrailin dayandığını iddia edib.
Korrupsiya.az xəbər verir ki, nazir, “Sionist rejim sanksiyaların qaldırılması istiqamətindəki irəliləyişimiz üçün intiqam almaq istəyir. Hücum nüvə anlaşmasına təsir etmək məqsədi daşıyırdı. İntiqamımızı alacağıq”, – deyə, bildirib.
Hadisəni təxribat kimi qiymətləndirən İran XİN başçısı “ölkəmiz hücuma cavab olaraq nüvə sənayesinin inkişafında yeni irəliləyişlər edəcək. Bu təşəbbüs İranın gücünü zəiflətməyəcək”, – deyə, əlavə edib.

Qeyd edək ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi dünən “Natanz” nüvə stansiyasında elektrik kəsilməsinin “təxribat” nəticəsində baş verdiyini açıqlayıb.
Bundan əvvəl 2020-ci ilin iyul ayında “Natanz” nüvə zavodunda yanğın baş vermiş və bunun İsrail təxribatı olduğu bildirilmişdi.

Paylaş