Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ənnağı Gülməmmədov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş