Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Alar kənd sakini Elçin Dadaşov saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid iki ədəd patron aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri çərçivəsində isə rayonun Göytəpə şəhər sakinləri Emin Novruzov və Tural Xanışov saxlanılıb.
Onlardan hazır bükümlərdə narkotik vasitə heroin və tiryək aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.