“COVID-19 pandemiyası bütün dünya üçün bəlaya çevrilib. Artıq iki ilə yaxındır bu şəraitdə yaşayırıq. Heç bir ölkənin səhiyyə sistemi buna tab gətirə bilməzdi. Buna görə əməkdaşlıq böyük önəm daşıyır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O göstərilən yardıma görə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına təşəkkür edib: “Azərbaycan özü də kifayət qədər iş görüb. Səhiyyənin maddi-texniki bazası gücləndirilib. Fərdi vasitələri istehsal edən müəssisələr yaradılıb. Azərbaycan regionda vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Vaksinasiya çox geniş sürətlə davam etdirilir. Artıq əhalinin 5 milyondan çoxu vaksinasiyadan keçib”.

Paylaş