Bakıda yol-patrul xidmətinin əməkdaşları ilə sürücü arasında insident baş verib.

Korrupsiya.az xəbər verir ki, hadisə Axundov bağının yanında qeydə alınıb.

Kadrlardan görünür ki, əvvəlcə sürücü ilə YPX əməkdaşı arasında mübahisə baş verir, daha sonra məsələyə ətrafdakı yol polisi əməkdaşları da qarışır və sürücünü özləri ilə aparırlar.

Hadisənin səbəbləri məlum deyil. İnsident zamanı yolda sıxlıq yaranıb.

Həmin görüntüləri təqdim edirik:

n görüntüləri təqdim edirik:

Paylaş