Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərərfindən saxlanılıb.

Korrupsiya.az musavat.com-a istinadən xəbər verir ki, Xəyyam Abidinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Redaksiyamız Xəyyam Abdinovun cinayət əməllərinin mahiyyəti barədə məlumat əldə etdiyi təqdirdə əlavə məlumat təqdim ediləcək.

Bildirib ki, Xəyyam Abidinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılmışdır.

Xəyyam Abidinov mədəniyyət və incəsənət aləmində böyük nüfuza malik bir şəxs olub və onun fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilib. Musavat.com bildirir ki, görünür, onun ciddi qanunazidd əməli olub ki, barəsində bu cür sərt tədbir görülüb.

Paylaş