Türkiyədə doğulan dörd qulaqlı  Midas adlı pişik hər kəsin diqqətini çəkib.  

Korrupsiya.az xəbər verir ki, Midas rus mavi pişiyi cinsindəndir. Sahibi  onun böyüdükcə qulaqlarının böyüməsindən narahat olduğu üçün həkimə aparıb. Həkimlər pişiyin eşitmə probleminin olmadığını  bildiriblər.

Lakin səlahiyyətli şəxslər Midasın bədənində başqa genetik mutasiyaların olub-olmadığını müəyyən etmək üçün nəzarətə götürüblər.

Sosial mediada qısa zamanda diqqət çəkən 4 qulaqlı Midasa böyük tələbat var. Pişiyin şəkli qısa müddətdə 19 mindən çox izlənilib.

Paylaş