5 hərbçini qətlə yetirən 20 yaşlı əsgər Artemiy Ryabçukun qətl görüntüləri ortaya çıxıb.

“Unikal” xəbər verir ki, əsgər xidməti silahla otaqda olan hərbçi yoldaşlarını güllələyib. Həmin anlar anbaan otaqdakı müşahidə kameralarına əks olunub.

***11:49

Ukraynanın Dnepr şəhərində 5 hərbçini qətlə yetirən Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk saxlanılıb.

“Unikal” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

***10:10

Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk “AK-47” avtomat silahından yoldaşlarına atəş açıb.
Korrupsiya.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 5-i yaralanıb. İnsidentdən sonra əsgər silahla qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş