Rusiyanın Ukraynaya hücum etməsi nəticəsində sanksiyalara məruz qalan rus oliqarxlardan biri də İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviçdir. 55 yaşlı milyarderin həyatı ilə bağlı bəzi detallar üzə çıxıb.

Korrupsiya.az.  xarici KİV-ə istinadən xəbər verir ki, Roman Abramoviç 1966-cı ildə Rusiyanın Saratov şəhərində anadan olub. Onun anası Abramoviç 1 yaşında olarkən dünyasını dəyişib. Bu hadisədən 2 il sonra isə Abramoviç atasını tikinti işlərində baş verən qəza nəticəsində itirib. Nəticədə, o, qohumlarının himayəsində böyüyüb.

R.Abramoviç 16 yaşında məktəbi tərk edib, fəhlə kimi işləməyə başlayıb. Əsgərliyini başa vurduqdan sonra isə Moskvada oyuncaq və ətir satışına başlayıb. Beləliklə, Abramoviç gənc yaşlarından sahibkarlıqla məşğul olub.

O, 1995-ci ildə Rusiya höküməti tərəfindən keçirilən hərracda 250 milyon dollara əldə etdiyi “Sibneft” neft şirkətini 2005-ci ildə 13 milyard dollara satıb. Abramoviçə sərvətini qeyri-qanuni yollarla artırması ilə bağlı ittihamlar irəli sürülüb. O, 2012-ci ildə İngiltərədə məhkəmə qarşısına çıxıb və “Sibneft” şirkətini almaq üçün rüşvət verdiyini etiraf edib.

Paylaş