Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Teymur Məmmədov və Rəşad Hümbətov saxlanılaraq polis şöbəsinə gətirilib.

“Korrupsiya.az” xəbər verir ki, şöbədə onların üzərlərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunub. Qeyd edək ki, saxlanılan şəxslərdən Teymur Məmmədov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olub.

Paylaş