İdarənin rəisi Hacı Elçin vəzifəsi ilə vidalaşır ARDNŞ-nin Nəqliyyat İdarəsi, daha dəqiq desək, idarənin rəisi Hacı Elçin Zülfüqarov barədə ölkə mətbuatında kifayət qədər neqativ materiallar dərc olunub. Xırda araşdırma zamanı Hacı Elçinin İŞİD-ə yardım etməsi, idarədə baş verən maliyyə maxinasiyaları və s. barədə ölkə medasinın arxivində xeyli yazılara rast gəldik. Əlbəttə, bütün bu yazılanların nə dərəcədə həqiqiətə uyğun olub-olmamasını araşdırmaq bizim imkanımız xaricindədir. Son vaxtlar yenə Nəqliyyat İdarəsinin başında qara buludlar dolaşır. Korrupsiya.az-a daxil olan məlumata görə, SOCAR-ın vitse-prezidentlərindən birinin göstərişi ilə Nəqliyyat İdarəsində yoxlama başlayıb. Və yoxlama zamanı 45 milyon manat yeyintinin olması üzə çıxıb. Daxil olan məlumatda ehtimal edilir ki, idarə rəisi Hacı Elçin Zülfüqarova qarşı cinayət işi qaldırılacaq. Qarşı tərəfin mövqeyini öyrənmək üçün Nəqliyyat İdarəsinin socar.az saytında qeyd olunan 012-496-51-73 telefon nömrəsinə zəng edəndə məlum oldu ki, nömrə təyin olunmayıb.  Daha ətraflı gələn sayımızda. Bizi izləyin..

Paylaş