İranda 2008-ci ildən tədbiq edilən göz çıxartma cəzası bu gün də öz aktuallığını qoruyur.

Korrupsiya.az  xəbər verir ki, İranda qonşusu ilə dava edən və onun bir gözünü kor edən 45 yaşlı kişi məhkəmə tərəfindən cəzalandırılıb.

Məhkəmənin qərarına əsasən 45 yaşındakı adamın bir gözü çıxardılacaq. Qonşusunu kor edən adamın hansı gözünün kor olacağı və cəzanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, İranda bu cəza mexanizmi ilk dəfə 2008-ci ildən tədbiq edilir. Həmin il bir nəfər digər adamın gözünü kor etdiyi üçün məhz bu cəza ilə cəzalandırılmışdı.

2016-cı ildə isə İranda bu hadisənin daha dəhşətli forması yaşanmışdı. Belə ki, bir adamın dörd yaşındakı qardaşı oğlunun üzünə kislota ataraq onu kor etməsinə məhkəmə ən sərt qərarla hökm vermişdi. Qərara əsasən həmin şəxsin hər iki gözü əməliyyatla çıxarılmışdı.

Bu qanuna görə əgər zərərçəkmiş məhkəmədə təqsirləndirilən şəxsi əfv edərsə, məsələ bitmiş hesab olunur.

Paylaş