“Azərmaş lizinq”ə şok ittiham: “Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…” – MMC isə deyilənləri təkzib edir
“Bakıda yeni reketlər peyda olub. Son günlər müxtəlif şəxslərdən, müxtəlif mənbələrdən məlumatlar almaqdayam. Bir qədər də özüm dəqiqləşdirmə apardım. Demək, Bakıda müxtəlif kredit-lizinq təşkilatları var ki, vətəndaşlara xoş və “şirin” vədlərlə avtomobil krediti ayırır. Daha sonra 3-5 gün (üzrlü və ya üzrsüz səbəblərdən) vətəndaşlar krediti yubadan kimi işə bu kredit-lizinq təşkilatlarının “problemli şöbəsi” qarışır. Hansı ki bu “şöbə” elə...
Cümə məscidi məhkəməyə verildi
Zərdab Şəhər Cümə Məscidi Dini İcması məhkəməyə verilib.
İcma ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciəti Dini Qurumlarla İş üzrə Dövlət Komitə edib.
Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Fəxri Hacızadənin sədrliyi ilə araşdırılacaq.
Piri Nağıyev vəzifəsindən azad edildi
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad olunub. O, nazirlikdə bas məsləhətçi təyin edilib.
İcra hakimiyyətində korrupsiya əməliyyatı – Vəzifəli şəxslər həbs olundu
Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat verilib.
Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron Rayon İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin sahə rəisi Vəli Abbasovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb
Qeyd olunub ki, istintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə...
AZAL-a prezident təyin edildi – SƏRƏNCAM
Samir Rzayev AZAL-ın prezidenti təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.
Nəcməddin Sadıkov məhkəməyə çağırıldı
"Tərtər işi” üzrə təqsirli bilinərək məhkum edilmiş general Bəkir Orucov və digər zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb.
General Orucovun vəkili Elvin Rzayev və digər müdafiəçilərin ilk vəsatəti apellyasiya məhkəməsinin tam istintaqla aparılması ilə bağlı olub.
Vəkillər Müdafiə Nazirliyinin sabiq Baş Qərargah...
“Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan şirkət parçalanır
“Sevimli Dad”, “Sonti” brendlərinin sahibi olan “Milk-Pro” MMC bölünür.
“Xətai Development” MMC şirkətin tərkibindən ayrılır.
Bununla da, “Milk-Pro” MMC yenidən təşkil olunur və “Xətai Development” şirkətin bəzi hüquq və öhdəlikləri üzrə hüquq varisi olur.
Qeyd edək ki, “Milk-Pro” MMC 04.06.1996 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Mustafa Mehman oğludur. Şirkətin nizamnamə kapitalı 10 min manat, hüquqi ünvanı Xətai rayonu, Həsən...
Bu rayona yeni icra başçısı təyin olundu
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
“Rusiya qanunlara əməl edəndirsə, 20 Yanvardan üzü bəri axtarışda olan caniləri niyə gizlədir?”
“Kamil Zeynallının Azərbaycanda nüfuzu var. Ermənistanın beynəlxalq axtarışa verməsi nəticəsində K.Zeynallının Rusiyada saxlanılması barədə xəbərləri eşitdim. Aidiyyəti orqanlar bu işə müdaxilə etməlidirlər. Çünki Kamil Zeynallı kifayət qədər tanınmış adamdır. Onun Ermənistana aparılması böyük beynəlxalq skandala çevrilə bilər”.
Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Rusiya qanunlara əməl edəndirsə, 20 Yanvardan üzü bəri Qarbaçovdan tutmuş dəfələrlə axtarışda olan bütün...
DYP-dən bu aksesuarlardan istifadə edənlərə xəbərdarlıq – FOTO
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar üzərində hüquq-mühafizə orqanlarının adı və atributları həkk olunan aksesuarlardan istifadə hallarının geniş vüsət alması ilə bağlı məlumat yayıb.
Məlumatda bu cür aksesuarlardan istifadənin yanlış anlaşıldığı və yolverilməz olduğu bildirilib.
“Təəssüf ki, əksər hallarda belə aksesuarların asıldığı nəqliyyat vasitələri cəmiyyətdə həmin avtomobilin məhz polis və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşlarına məxsus olması haqda yanlış rəy...