Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi general Firudin Nəbiyevin milyonluq mülkləri üzə çıxdı – FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin özünə və ailə üzvlərinə məxsus villalar aşkar edilib. Korrupsiya.Az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Abşeron Rayonu Mehdiabad qəsəbəsində DMX-nin keçmiş rəisi özünə, bacılarına və digər yaxın qohumlarına dəyəri milyon manatlarla ölçülən mülklər tikdirib. Həmin villanın fotolarını təqdim edirik:

Səhiyyə sistemində rüşvət olmadığını deyən OQTAY ŞİRƏLİYEVİN MENYÜSÜNƏ-VIDEO

Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır https://youtu.be/b1E_x1b2aTU?list=PLAjGpD7_ic9nZud6cMbKuZ31uHjMtrt1T Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir). Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb....

Səfər Mehdiyevin NƏZƏRİNƏ: Gömrük generalının dəbdəbəli həyatı və bahalı maşın kolleksiyası – Bugatti, Ferrari,Pogani və nələr…

Son günlər məmurlar və onların övladlarının dəbdəbəli həyat tərzi ilə bağlı yazılar ölkə mediasının baş manşetinə çevrilib. Bir çox hallarda yüksəkçinli vəzifə sahibiləri, heç də ərkəsöyün məmur övladlarından geri qalmır. Və onlar dəyəri milyonları keçən avtomobil kolleksiyalarını, tikdirdikləri villaların qarajlarında saxlayırlar. Belə, məmurlar arasında ilk yerləri tutan FH-ın vəzifəli şəxsləri və ya fövqəladə nazirin himayəsində olan yüksəkçinli monopolistlərdir. Elə, bizimdə söhbət...

Nazir Azad Rəhimovun oğlunun Formula1 korrupsiyası – Xarici jurnalistlərə milyardlar sərf edildi

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun şirkəti büdcənin pullarını oğurlamaqda davam edir. Nazir oğlu rəhbərlik etdiyi “DDLAR GROUP” şirkətinin həyata keçirdiyi layihələr hesabına büdcədən xeyli pullar mənimsəyib. A.Rəhimov, eyni zamanda, “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti dünyada avtomobil idmanının ən bahalı növlərindən biri olan “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Belə bir nüfuzlu yarışmanı...

Hüseynbala Mirələmovun qeyri-qanuni əməli Azərbaycanla – İraq arasındakı diplomatik münasibətlərə zərər verə bilər? – VIDEO

Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A9483298, 31.03.2015 – Baghdad), Amjed Mohammed Abed Msaaara – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı)P İRQ A 9966689, 21.06.2015 – Baghdad) tərəfindən “XƏBƏRFAKT.Az”-ın redaksiyasına Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciət daxil olmuşdur. İraq Respublikası vətəndaşları Fadhil Nairooz Abed Abed və Amjed Mohammed Abed Msaaara Dövlət başçısını 11 aprel...

NAVAHI POSTUNUN ƏMƏKDAŞI RÜŞVƏT BAŞINDA – 20 manata anlaşdı, sürücü cəzasız qaldı (VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova Hörmətli Ramiz müəllim! Yazıb Sizə onu bildirmək istəyirik ki, bir neçə gün bundan əvvəl İlkin adlı əməkdaşımız redaksiyamıza hər kəsin diqqətini cəlb edəcək lazımi bir material təqdim etdi. Adı çəkilən şəxs təqdim etdiyi materialda qeyd edir ki, “07 aprel 2018-ci il tarixdə, saat təqribən 19:12 radələrində Qazax-Bakı marşrut xətti üzrə...

Zakir Fərəcovun prezidentə yalanı: Laçının şefi fərari imiş – Foto/ Faktlar

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin keçmiş müdiri, ehtiyatda olan zabit Fizuli Tanırverdiyev dövlət rəhbərliyinə müraciət edib FİA.Az-ın məlumatına görə, Laçının icra başçısı Aqil Nəzərli və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müşviq Həsənov tərəfindən çarəsizliyə tərk edildiyini yazan sabiq məmur yeni ittihamlar səsləndirib. “7 aydır ki, haqq-ədalətin bərqərar olmasına çalışıram. Amma çox təəssüflər olsun ki, Aqil nəzərli və Şirvan İnzibati-İqtisadi məhkəməsinin hakimi...

Zorlama, rüşvət, xarabazar… Məhəbbət Vəliyevanı nazir qoruyur? – Cinayətin təfsilatı

Bakı məktəblərində son illər bir-birinin ardınca baş verən zorlama hadisələri, rüşvətin və digər qanunsuzluqların geniş vüsət alması Məhəbbət Vəliyevanın şəhər Təhsil İdarəsinə rəhbər təyin olunmasından sonraya təsadüf edir FİA.Az yazır ki, onun dövründə Bakı məktəbləri əsl bazara çevrilib. M.Vəliyeva hər yerdə özünü yeni təhsil naziri Ceyhun Bayramovun adamı kimi təqdim edir, ancaq yeni nazirin onu himayə etdiyi nə dərəcədə doğrudur, bu məlum...

Koroğlu MMC-in İttihamı Anti-Milli Xislətlidir.

İctimai vəkil olaraq, ictimai-hüquqi müstəvidə hüquqlarının keşiyində dayanaraq səlahiyyətli nümayəndəsi olduğum Əliyev Rauf Hidayət oğluna qarşı onun əvvəllər çalışdığı Koroğlu MMC tərəfindən irəli sürülən ittihamın mahiyyəti tam çılpaqlığı ilə qondarmadır. Bir daha qeyd etməyi zəruri bilirəm ki, nümayəndəsi olduğum şəxs Əliyev Rauf Hidayət oğlu şirkətdə çalışdığı müddət ərzində 124.000 AZN miqdarında vəsait mənimsəməkdə ittiham olunur. Mövcud mənimsəmə faktına dair...

Vüsal Novruzovun qara günləri başlayır – Səfər Mehdiyevin təyinatı kimləri “odladı”?

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb Süpriz təyinatlardan biri də Dövlət Gömrük Komitəsi ilə bağlıdır. Belə ki, komitənin Vergilər Nazirliyinə birləşdiriləcəyi deyilsə də, bu, şaiyə olaraq da qaldı. Bəziləri Aydın Əliyev yenidən vəzifədə qalacağına inanırdı. Ancaq son nəticədə Aydın Əliyev müavini Səfər Mehdiyevlə əvəz olundu. Maraqlıdır ki, bir müddət öncə mətbuatda Səfər Mehdiyevin “vurulduğu”, bütün səlahiyyətlərinin əlindən alındığına dair...