Zaur Hüseynov 4 manatlıq şirkəti 224 min AZN-lik tenderdə qalib etdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin daha bir tenderi başa çatıb.
"Bakı Metropoliteni” QSC üçün müxtəlif reklam işlərini yerinə yetirmək üçün mal və materialların satın alınması ilə bağlı tenderin qalibi "STARPRİNT" MMC olub.
Tərəflər arasında 224.034,21 AZN-lik müqavilə bağlanacağı gözlənilir.
Bildirək ki, nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN HACIYEV VAHİD OĞLUdur.
Xatırladaq ki, Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur.
“Akkord“ çökür: Milyonlarla borc, onlarla şikayət var
Azərbaycanın ən iri inşaat şirkətlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) böhranlı vəziyyətlə üzləşib.
Şirkətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 14 956 713, 92 manatlıq vergi borcuna görə məhkəmə çəkişməsi bitməmiş ASC kütləvi şəkildə məhkəməyə verilib.
İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC,...
Bünövrədən mənzil alanları hansı risklər gözləyir? – VİDEO
Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəlidir.
Hazır binada satılan evlərlə müqayisədə nisbətən ucuz və əlçatandır.
Təqribən 7-15% qiymət fərqi var.
Ev alqı-satqısı ilə məşğul olan şirkətin satış meneceri Ağa Cəfərovun sözlərinə görə, alıcılar şəhər mərkəzində yox, daha çox ətraf ərazilərdəki binalardan bünövrədən mənzil almağa üstünlük verirlər. Bəs, bu halda vətəndaşları hansı risklər gözləyir?
Məsələ ilə bağlı ATV-nin...
45 min manatlıq yalan: Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb
Özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən...
“Elgizlə izlə”yə çıxmaq istəyən müğənni bu qədər ödəməlidir – MƏBLƏĞ
Aparıcı Elgiz Əkbər verilişinə qatılmaq üçün müğənnilərdən istənilən reklam qiymətini açıqlayıb. O, bu haqda proqramında danışıb. Elgiz bildirib ki, bunun üçün 2 min manat ödənilməlidir.
"Kommersiyadır, bizdə də var. "Elgizlə izlə"də reklam olunmaq istəyən 2 min manat ödəməlidir. Heç 1999 manat da olmaz" deyə, Elgiz əlavə edib.
MN-dəki 143 milyonluq mənimsəmə: “Alver etdiyimiz maliyyəçilərlə sonra üzləşdik”
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə...
Azərbaycanın məşhur şirkətində qalmaqal: Nə baş verib? – TƏFƏRRÜAT
Səhmdarlar aylıq dividendlərinin verilmədiyini, üstəlik onlara məxsus səhmlərin qat-qat ucuz qiymətə satılması üçün təzyiq edildiyini iddia edirlər.
Söhbət Bakıda yerləşən "European Tobacco - Baku" şirkətindən gedir.
Sakinlərin sözünə görə, onlar əvvəllər Bakı Tütün Kombinatının işçiləri olublar. 1999-cu ildə onlara, Kombinatın bazasında yaradılan "European Tobacco - Baku" şirkətininin səhmləri verilib.
Vətəndaşlar iddia edir ki, hazırda şirkət rəhbərliyi səhmləri ucuz qiymətə almaq istəyir. Üstəlik...
Bakıda 1 sotu 300 min manata torpaq satılır – VİDEO
Həyətyanı torpaq sahələri ötən illərə nisbətən xeyli bahalaşıb.
Bakının müxtəlif ərazilərində torpaq sahələrinin qiymətini araşdırdıq.
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi üçün əlverişli olan torpaq sahələri azaldığından bu sahədə bahalaşma müşahidə olunur.
Ekspertin sözlərinə görə, mərkəzdən kənar ərazilərdə çıxarışı olmayan və ya digər təyinatlı torpaqların 1 sotu 2000-2500 manatdır. Mərkəzə yaxın ərazilərdə çıxarışlı torpaqların dəyəri isə...
Milli Məclisdə deputatların noutbukları dəyişdirilir – SİYAHI
Milli Məclis plenar iclas zalı üçün tələb olunan noutbuk və avadanlıqlar alacaq.
Bu barədə İqtisadiyyat.az parlamentdən məlumat əldə edib.
Qanunverici orqan artıq bununla bağlı tender elan edib.
Alınması nəzərdə tutulan məhsulların siyahısını təqdim edirik:
Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər – VİDEO
Ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia edilir. Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu Qara Qarayev pr. 229 ünvanındandır.
Şikayətçilərin sözlərinə görə, buradakı oboy satışı ilə məşğul olan sahibkar bir neçə ay öncə obyekti genişləndirmək məqsədilə ərazidə söküntü işlərinə başlayıb. Hətta bir neçə gün əvvəl sakinlərin daimi istifadə etdiyi pilləkənləri də sökməyə çalışıblar.
Məsələni sakinlər də təsdiqlədilər.
Sözügedən obyektin sahiblərindən biri...