Borsunluda susuzluqdan əziyyət çəkən fermerlər prezidentdən imdat diləyir- VİDEOMÜRACİƏT

Goranboy rayonu Borsunlu kəndindən olan fermerlərin susuzluqla bağlı şikayətini vermişdik. Bir neçə gün əvvəl AFN-də dərc edilən “Goranboyda məmurlar yezidlik edir: əkin sahələri susuz qalıb-VİDEO+FOTO” sərlövhəli yazıda bildirilirdi ki, kənddə arpa və buğda əkilən hektarlarla torpaq sahəsi yerli məmurların özbaşınalığı ucbatından susuz qalıb. Belə ki, “Sudan İstifadə Edənlər Birliyi”nin sədri Xəlil İlyasov, raoyn Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Rauf Teyyubov və...

Əhmədzadələr və qudası 400 minə toy edən məmur kimi cəzalana bilər – Video

Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir FİA.Az -ın verdiyi məlumata görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub Məlumata görə, gəlin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar. Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır. Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı...

Gəncə də qalxır: Elmar Vəliyev sahibkarları oğlunun bazarına “sürgün” edir – Təcili

Gəncə bazarını icra başçısı Elmar Vəliyev şəhərdə təzədən gərgin atmosfer yaradıb FİA.Az-a verilən xəbərə görə, Gəncədə özünə təzə bazar açan icra başçısı ticarətçiləri didərgin salıb. Gəncə bazarından sürgün olunan obyekt sahibləri məcburi şəkildə icra başçısının "Grand Qafqaz” ticarət mərkəzinə köçürülür. Onlardan depozit haqqı 300 manat alınıb, aylıq 600 manat icarə pulu öhdəliyi qoyulub. Əsəbləri tarıma çəkilən sahibkarlar E.Vəliyevin bu özbaşınalığından intihar həddinə çatıblar. Onlar...

305 vəzifəli şəxs barəsində cinayət işi açılıb – İstintaq materialları məhkəməyə göndərilib

2017-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, məhkəmələrə göndərilmiş 305 şəxs barəsində 214 cinayət işindən 127 şəxs barəsində...

Xaləddin İsgəndərovun havadarlıq etdiyi “qoçu” dəstəsi haqda SENSASİON FAKTLAR

Binəqədidəki “yaşıl soyqırım”ı təsdiqləyən faktlar, fotolar; icra başçısı qanunsuz tikinti aparan şirkətlərin arxasında dayanıb... “Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti araşdırılır. Üzə çıxan faktlar isə cinayət dosyelərinin cildlərinə əlavə olunur”. Bunu musavat.com-a həmin proseslərin gedişindən məlumatlı olan mənbə deyib. Ötən sayımızda xəbər vermişdik ki, Binəqədi RİH-ə Baş Prokurorluqdan verilən göstərişlə istintaq qrupu göndərilib. İstintaq qrupunun üzvləri ötən saylarımızdan birində...

Adil Vəliyevin “Sabunçu dünyası”ndan seçmələr: biznes və tikinti maqnatı

Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil. Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər. Azərbaycan...

Şərifovun şirkəti 2 milyonluq körpünü tikmir: – qarlı–çovğunlu Gədəbəydən reportaj

Yasamalın dağlı aşırımlarını göz gözü görməyən duman içərisində çətinliklə qalxırıq. Yox, yox, söhbət Bakının Yasamalı deyil, Gədəbəyin Yasamal aşırımlarını nəzərdə tuturam… Sürücülər qəza işıqlarını yandıraraq hərəkət edirlər, bəzi maşınlar yollarda sürüşür, qarşıdan gələn maşınları seçmək olmur və yalnız bu duman içərisində yerdəki ağ zolağı müşayiət etməklə Gədəbəy aşırımlarından rayon mərkəzinə doğru irəliləyə bildik. ► Qar-duman və hörülmüş dükan Amma rayonun mərkəzində bizi...

Mikayıl Cabbarov oliqarx məmurlarla savaşa başlayır – Köhnə bazara təzə nırx gəlir…

Mikayıl Cabbarov vergilər naziri təyin olunandan sonra bu sahədə ciddi dəyişikliklərə başlayıb. Yeni nazirin öncə kadr dəyişikliklərindən başlaması onun digər sahələr üzrə də ciddi islahatlara gedəcəyindən xəbər verir. Artıq vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına start verilib. Yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı,...

“Respublikanski” xəstəxanada tibb bacısından nazirədək uzanan rüşvət sistemi – VİDEO

Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar. Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını...

Binəqədi İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərildi

Xaləddin İsgəndərovun başı üzərindəki təhlükə böyüyür Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib. Bu barədə redaksiyamızı bilgiləndirən mənbə bildirib ki, istintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar. Qaynağımız deyib ki, istintaq qrupu Binəqədi İcra Hakimiyyətində araşdırmalara başlayarkən icra başçısı Xaləddin...