“Gömrüyün Çovdarovu” – Əbülfəz Məlikov prezidentə qarşı

Dövlət Gömrük Komitəsinin Akif Çovdarovu kimi məşhurlamış “Broker” MMC rəhbəri Əbülfəz Məlikov həbs oluna bilər Özəl mənbədən daxil olan məlumata görə, gömrükdə sahibkarlara qan udduran Ə.Məlikovu A.Çovdarovun taleyini gözlədiyi istisna edilmir. Referendumdan sonra ölkədə ciddi islahatların olacağı barədə dövlət rəsmilərinin verdiyi bəyanatlardan sonra gömrükdə gestapo rejimi yaratmış “Broker” MMC-nin ləğvi gündəmə gəlib. Bu qurumun birdəfəlik demontaj olunacağı bildirilir. Çünki iş adamlarından...

Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən ‘JEK’ rəisi – Dövlət büdcəsini talayan Rauf Məmmədov – FOTOLAR

Bərdə rayonunda baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir Daxil olan bu dəfəki informasiyalarda Bərdə Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovla bağlı tükürpədən faktlar yer alıb. Belə ki, redaksiyamıza daxil olan məktubda göstərilir ki, sonuncu dəfə dövlət tərəfindən adıçəkilən quruma 85 min manat vəsait ayrılıb: “Lakin ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır. Bu vəsait ayrılandan sonra, R.Məmmədov...

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu – Dələduzluq

"Yeni Yasamal" MTK-nın sədri Cahangir Alışov və vəkili saxlanılıb. Şirkət rəhbəri Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirilir. Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən onun da saxlanıldığı...

Gəncə DYP rəisi Rəhim Zalov qəza törətdi – Yeniyetmə qız ağır xəsarət aldı

Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov idarə etdiyi avtomobillə qəza törədib Hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda baş verib. Gəncə şəhər DYP rəisi Rəhim Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Hadisə şahidləri bildirir ki,...

DYP əməkdaşı bacısı oğlu vasitəsilə jurnalistləri təhdid edir?

Xatırladaq ki, keçən yazılarımızda 365info olaraq MTN-çi rəis Anar Məhərrəmovun rusiyalı iş adamı Rəfail Hümmətovun başına gətirdiyi zülmlərdən bəhs etmişdik. Qeyd edək ki, başına gətirilənlərlə bağlı iş adamı Baş prokuror Zakir Qaralova 6 dəfə şikayət ərizəsi yazıb, həmçinin ölkə başçısına da müraciət etmişdir. “A.Məhərrəmovun məndən zorla aldığı pulları qaytarmasını tələb etməyimi kənddə hamı bilirdi. Hətta bəziləri öz “xidmətləri”ni də təklif...

Fazil Məmmədovun ətrafında müəmma – “yeznəsi ölkədən 10 milyonla qaçıb” iddiası

Sabiq nazir hesab edir ki, işdən çıxarılmasında etimad göstərdiyi adamların rolu olub Vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında müəmma davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Sayt yazır ki, Şəmkir rayonunda inşa edilmiş “Şəmkir Aqropark”...

İcra başçısı Xaləddin İsgəndərov Bakıda zeytun bağını məhv etdirir – Fotokat

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsini məhv etdirərək, ərazidə tikinti işlərinə başlayıb Ətrafda yaşayan sakinlərin etirazlarına baxmayaraq, Xaləddin İsgəndərov Binəqədi polisini əraziyə cəlb edərək, zeytun bağının bir hissəsində tikinti işlərini intensivləşdirib. Sakinlər Binəqədi rayon icra başçısı ilə yanaşı başqa məmurların da zeytun bağının ərazisinin məhv edilməsində maraqlı olduğunu bildirirlər. Bu barədə ətrafda...

Gədəbəydə Zülfüqar İsgəndərov icra başçısına “quyu qazır”

“Təəccüblü haldır ki, həmin gün şöbə müdiri vəzifəsini daşıyan bu şəxs PA-dan verilən tapşırığı, rayon icra hakimiyyəti başçısının vermiş olduğu vədi saya salmadı” Artıq bir neçə ildir ki, “Gündəm Xəbər” qəzetində əslən Gədəbəy rayonundan olan və əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Əliyev Oqtay Qara oğlu adlı şəxsin, 12 fevral 2015-ci il tarixdən üz-üzə qaldığı problemlərlə bağlı bir neçə dəfə...

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir?

Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin qanunsuz hasara alınması ilə bağlı sorğumuza cavab versə də, ancaq həmin əraziyə cavabdeh olan Xəzər rayon İcra Hakimiyyəti hələ də susur. Hətta, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov sözügedən torpaq sahəsinin hasara alınmasından xəbərsiz olduqlarını bildirib: “Xəzər rayonu...

Nazirin üzqarası olan baş həkim prezident “köməkçisi”ni təhqir etdi – Qalmaqal

Cəlilabadın İlham Əliyev adlı baş həkimi Palitika.Az-da gedən bir tənqidi yazıya görə təşvişə düşüb Bu barədə saytımıza gələn xəbərə görə, baş həkim onun haqda gedən materialın rayondakı ictimai fəallardan biri tərəfindən ötürülməsindən şübhələnib. Ona görə də həmin şəxsi yanına çağırıb və ondan özü haqda informasiyaları mətbuata sızdırmasını soruşub. Həmin fəal insan isə məqalədən xəbərsiz olduğunu bildirib. Bununla hesablaşmayan Cəlilabad RMX baş həkimi...