“Günahkaram, çay evindən çıxdıqdan sonra…”
“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.
Bloger hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.
N.Şakirli hadisə...
Azərbaycanda küçədə çılpaq gəzən qadını polis saxladı – VİDEO
Sosial şəbəkələrdə Göyçay şəhərində qadının ictimai yerlərdə çılpaq vəziyyətdə gəzməsinə dair görüntülər yayılıb.
Havanın soyuq olmasına baxmayaraq, küçədə geyimsiz hərəkət edən şəxs insanlarda narahatlıq yaradıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib: “Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib”.
Qeyd edək...
Avtomobil zavodu “Azəralüminium”u məhkəməyə verdi
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC məhkəməyə verilib.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi şirkətlə bağlı iddia qaldırıb.
Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
İşə hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Kombi ustasının fırıldağı, indiyə qədər belə aldadırlarmış – FAKT
Azərbaycanda kombi ustası fırıldaq işlədərək ev sahibini aldadıb.
Bu barədə Abşeron rayon sakini Aqil Tağıyev yazıb. O bildirib ki, usta ondan kiçik bir detala görə 120 manat pul alıb.
"Kombi keçən il bu ərəfələrdə qəfil dayandı. Usta çağırdım. Gəlib baxdı, "platadandır, aparım şirkətdə dianostika edim, ehtimal ki, dəyişmək lazım olacaq" dedi. Elə də oldu. Gedib bir saatdan zəng vurdu ki, xarabdır,...
Oğlunun toyunda bomba həyəcanı yaşayan generalın kimliyi bilindi – Bakıda ŞOK OLAY
Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, generallardan birindən qisas almaq istəyən keçmiş kursantı qeyri-adi üsula əl atıb. Belə ki, o, general oğlunun toyu keçirilən restorana bomba qoyulduğu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.
Bu məlumat əsasında çox sayda polis əməkdaşı toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıb.
Yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını...
Prezident pensiyalarla bağlı sərəncam imzaladı
Əmək pensiyaları indeksləşdiriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin...
Bu şirkət statistik məlumatların verilməsi qaydalarını pozdu
"Vrın" MMC-yə inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır. Məhkəmə iclası fevralın 15-də keçiriləcək.
Şadlıq evlərində alovla şou göstərilməsi ləğv edilib? – VİDEO
Bakıda toyda gözlənilməz hadisə baş verib.
Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqasların birinin geyimi yanıb.
Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi. Hadisənin hansı restoranda baş verdiyi bəlli olmasa da, sosial şəbəkə istifadəçiləri bu görüntüləri kəskin tənqid...
“Arşın malı” cərimələnə bilər
"Arşın malı" MMC-yə inzibati protokol yazılıb.
Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır.
Bu şəxslər 1000 manat cərimələnəcək
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.
Bu barədə Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib.
“Belə ki, dəyişiklik ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin sadələşdirilmiş qaydada, əldə edilən gəlirin məbləğindən asılı olmayaraq Vergi Məcəlləsinin 220.5-ci maddəsində müəyyən edilmiş vergi dərəcələri...