Bu tibb mərkəzi məhkəməyə verildi

  "Zərnigar Tibb Mərkəzi" MMC məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Kapital Bank" ASC edib. Mahiyyəti lizinq müqaviləsi üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır.

Körpələrimizə yedirtdiyimiz zəhər – Dərhal apteklərdən yığışdırılmalıdır!

Süni uşaq qidaları yeni doğulan körpələrin qidalanması üçün istifadə edən məhsullar sırasında ilk yerdədir. Lakin bunun uşaqlar üçün faydalı olmadığını iddia edənlər də var. Maraqlıdır, pediatrlar məsələ barədə hansı fikirdədir? Mövzu ilə əlaqədar pediatr Aytən İsmayılzadə “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, süni qidanı ana südü ilə əvəz etmək daha faydalıdır: “Son günlər süni qidalarla bağlı müxtəlif müzakirələr aparılır. Ümid edirəm...

Əmək Müfəttişliyi 4 milyona ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ofis icarəyə götürür. Xidmət fiziki şəxs Əliyeva Ülkər Firudin qızı ilə icarə müqaviləsi imzalayıb. İnzibati bina sahəsinin 5 illik icarəsi üçün 3 mln 828 min manat ödəniş edilib.

Vilayət Eyvazov Xankəndidə səs verdi

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib. Nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

Bakıda xəstəlik saçan geyimlər – VİDEO

Sosial şəbəkələrdə qiyməti iki manat olan geyimlərin satışı ilə bağlı elanlar paylaşılır. Ucuz ətin şorbası olmaz deyiblər. Cibə qənaət etmək üçün alınan bu geyimlər insanları canlarından edə bilər. Məsələ ilə bağlı Həkim Abbas Bağırov bildirib ki, sintetik və elektrik yükü ilə yüklənən materiallardan hazırlanan geyimlər insan orqanizmində xroniki yorğunluq sindromunu yaradır: “Bu cür geyimlər qan təzyiqinin yüksəlməsinə, şəkərin miqdarının dəyişməsinə, əsəb sisteminin...

Səfər Mehdiyev Naxçıvanda ehsan verdi

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev Naxçıvanın Nehrəm kəndində özünün tikdirdiyi mərasim evində ehsan verib. Bununla bağlı görüntülər yayılıb. Ehsan süfrəsinin hansı məqsədlə açıldığı məlum deyil.

Gizli səsyazısını yaymağın cəzası – Hüquqi izah

İnsanların qorxulu yuxusuna çevirilən gizli səsyazmalar cəmiyyətdə böyük faciələrə səbəb olur. Bir çoxları qanunu bilmədən, kiminsə gizli şəkildə səs yazısını qeyd edir, onu videolentə alır və s. Hətta çoxu bu addımla özlərini sığorta edə biləcəyini düşünsə də, qanun bunun tam əksini söyləyir. Hüquqşünas Turan Abdullazadə Bizim.Media-ya bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ, hər...

Hərbi xidmətdən yayınma ilə bağlı saxta arayışlar hazırlayan şəxs ifşa edilib

Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş...

“WhatsApp” piramida qurdu, 100 nəfəri aldatdı… – 200 min manatlıq dələduzluq

"WhatsApp" ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşların pulunu ələ keçirməkdə təqsirləndirilən Vahid Rzayevin cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.  Növbəti iclas martın 4-cə keçiriləcək. Məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılacaq. Vahid Rzayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunur.  Bu maddədə...

Səhifə oğurlandı, intim görüntülər paylaşıldı – FOTO

“Xalq Sığorta” şirkətinin rəsmi feysbuk səhifəsi xakerlər tərəfindən sındırılıb. Sığorta şirkətinin rəsmi səhifəsi ötən gündən etibarən xakerlərin əlinə keçib. Oğurlanan səhifədə müxtəlif intim görüntülər paylaşılıb.     ©Valyuta