İşçilərin əmək haqqının ödənməməsinə görə şirkət 20 min manat cərimələndi
İşçilərin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, “İnternational Technology and Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən paytaxtın Qaradağ rayonu ərazisində bir neçə şəxsin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan Cəmiyyətin qanuni təmsilçisi Fuad Fətəliyev tərəfindən bir neçə şəxsin qanunla...
Nazirliyin vəzifəli şəxsinin şirkəti ləğv olundu
Azərbaycanda 16 illik şirkət ləğv olunub.
“Allure” MMC ləğv olunur.
Şirkət 09.07.2008 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla, ev 23, m. 102-dir.
Qeyd edək ki, “Allure” MMC-nin qanuni təmsilçisi Bağırov Eşqi Cəfər oğludur. Mediada şirkət sahibinin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru E. Bağırov olduğu...
Azərbaycanda dövlət nömrə nişanlarında yeni seriya istifadəyə verildi – FOTO
Respublika ərazisində qeydiyyatı olan nəqliyyat vasitələri üçün yeni "Q" hərf seriyası istifadəyə verilib.
Artıq bir neçə gündür "Q" kombinasiyalı seriya nömrələri dövriyyəyə buraxılıb.
Qeyd edək ki, Bakı şəhərində avtomobilin üzərində "10" ümumölkə kodu ilə "QQ" seriyası olan nəqliyyat vasitəsi görüntülənib.
“Naxçıvanski”də milyonlarla mənimsəmə aşkar edilibmiş… – 143 milyonluq işdə yeni detallar
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanılmış cinayət işi üzrə həbs edilən 4 zabitin işi eyni icraatda araşdırılır. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi...
Bakıda 4 milyona satılan məşhur obyekt kimindir? – FOTOLAR
Bakıda uşaq bağçası 4 milyon manata satışa çıxarılıb.
Szügedən obyekt Xətai rayonu, "Həzi Aslanov" metrosu və Gənclik Parkı yaxınlığında yerləşir.
Məlumata görə, ümumi sahəsi 1500 kvadratmetr və qarşısında həyətyanı sahəsi olan bağça uzunmüddətli icarədədir və işlək vəziyyətdədir.
İcarə haqqının aylıq 15 000 AZN olduğu deyilən obyekt "Story Time" adlanır.
Əldə etdiyimiz məlumata görə, bağça məhdud məsuliyyətli cəmiyyət kimi 2017-ci ilin oktyabr ayında qeydiyyatdan keçib...
Tikinti materialları bahalaşıb: Mövcud qiymət artımı əmlak bazarına necə təsir edir? – VİDEO
Tikinti materialları bahalaşıb.
Səbəb idxalda yaranan problemlərlə və istehsalla əlaqələndirilir.
Tikinti bazarındakı satıcılar isə hazırda taxtanın qiymətinin 330-335 manat arası dəyişdiyini bildirirlər.
Bəs mövcud qiymət artımı əmlak bazarına necə təsir edir?
Daha ətraflı “ARB Xəbər”in süjetində:
Bakıda film kimi hadisə: Sahibkar “Porsche” ilə yolu bağladı, həbs edildi (TƏFƏRRÜAT)
Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib.
Afiq adlı sahibkarın həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub.
Belə ki, 1984 tarixdə Bakı şəhərində anadan olmuş Afiq Mustafayevin (soyad şərti) rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət...
Lombard müdiri məhkəmə zalından həbs edildi
Astara Rayon Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Tahir Kərimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Tahir Kərimov dərhal...
Özünü xaricdə təhsil üzrə məsləhətçi kimi təqdim edən şəxsin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində dələduzluq və saxta sənədlərdən istifadə etmədə təqsirləndirilən Əşrəf Əşrəflinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Yasamal Rayon Məhkəməsinin çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulan cinayətin birinci,...
Azərbaycanda lombard şirkəti ləğv olundu
Azərbaycanda lombard şirkətlərindən biri ləğv olunub.
“Yek Lombard” MMC ləğv olunur.
Şirkət 04.02.2020 tarixində dövlət qeydiyyatına alıbnıb. MMC-nin qanuni təmsilçisi Mədətof Rövşən Şahmar oğlu, nizamnamə kapitalı 10 manatdır.
Şirkətin kreditorları iki ay ərzində tələblərini 1119 Bakı şəhəri, Nizami rayonu, Cəmşi̇d Naxçıvanski̇ küçəsi, ev 78 ünvanına bildirə bilərlər.