Müşfiq Mirzəyevə vəzifə verildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Binəqədi Tibb Mərkəzinə direktor təyin edilib. Mərkəzin direktoru vəzifəsi Müşfiq Mirzəyevə həvalə olunub. Bu gün TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Müşfiq Mirzəyevi kollektivə təqdim edib.

“Atası mən deyiləm, sadəcə ad, soyad və ata adımız eynidir”

Dünən oğlu tərəfindən amansızlıqla qətlə yetirilən 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi olmayıb. ADY-nin İnfrastruktur departamentinin sabiq rəisi, Əhmədov Mehman Əhməd oğlu ilə əlaqə saxlayıb. 1970-ci il təvəllüdlü Mehman Əhmədov bildirib ki, qarışıqlıq ad, soyad və ata adının eyniliyi ilə bağlı olub: “Baş verən hadisə ilə bağlı dərin kədər hissi keçirdim. Dünəndən bəri dostlar...

Kəşbek faizləri azalır – Ləğv olunacaq?

Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbek faizləridir. Kəşbeklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbek verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbek faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbeklərin tamamilə ləğv olunması ehtimalı varmı? Bu barədə Valyuta.az-a danışan “FINANCE MASTERS GROUP” şirkətinin...

Tovuz bazarı bağlanır? – VİDEO

Tovuz bazarında qida məhsulları və meyvə-tərəvəz satılan hissə bağlanıb. Bu da satıcıların narazılığına səbəb olub. İllərdir piştaxta arxasında dayanıb müxtəlif qida məhsulları, meyvə-tərəvəz satan 50-dən çox satıcıya bu gün bazar rəhbərliyinin yeni tapşırığı çatdırılıb.     Satışın dayandırılmasına səbəb Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məhsulların antisanitar şəraitdə satılmasına qarşı tətbiq etdiyi qadağa və cərimələrdir. AQTA-nın Mətbuat Xidmətinin rəhbəri İlkin Kərimov məsələ ilə bağlı bildirib ki,...

“Selhome Group” MMC-yə məxsus anbarın fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.   Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin...

İcra Hakimiyyətində qalmaqal: Səbəb açıqlandı – YENİLƏNDİ

  Daşkəsən Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı məlumat yayıb. Daşkəsən RİHBA-da Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin sabiq böyük məsləhətçi Süleymanova Ramida Rafiq qızı 25.06.2023-cü il və təkrar olaraq 04.07.2023-cü il tarixlərdə 2 dəfə ərizə ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyevə müraciət edərək Gəncə şəhərində yaşadığını, səhhətində yaranan  problemlərə görə gedib-gələ bilmədiyini bildirərək işdən azad olunmasını xahiş...

Tarixi memarlıq nümunəsi qəzalı vəziyyətdə – VİDEO

Bakı şəhəri, Üzeyir Hacıbəyli 7 ünvanında yerləşən tarixi memarlıq nümunəsi qəzalı vəziyyətdədir. Mədəniyyət Nazirliyinin memarlıq abidəsi sırasına daxil olan bina 1897-ci ildə inşa olunub. Binanın divarları uçqun vəziyyətdədir, eyvanları isə tamamilə tökülüb. Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, bu ərazilərdə təmirə ehtiyacı olan yaşayış binalarında təmir işləri mərhələli şəkildə aparılır. Qeyd edildi ki, sözügedən binanın da təmiri nəzərdə tutulub...

Bakıda sökülən bu evlərə görə kompensasiya verilməyəcək

Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Son illər bir çox vətəndaşımız öz mənzillərini, obyektlərini və fərdi yaşayış evlərini sığortalamağa üstünlük verir. Bəs paytaxt Bakıda və Abşeronun digər ərazilərində əksəriyyət təşkil edən sənədsiz evlərin sığortalanması hüquqi paraktikada mümkündürmü? ...

“Bavza” apteklər şəbəkəsini cərimə gözləyir

"Bavza" MMC-yə inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən...

Bakıda divarlardakı şüarlar nəyi təbliğ edir? – FOTO

Bakı küçələrində divarlara narkotik təbliği üçün müəyyən şüarlar, saytlar yazılır. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. İlk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş. Şüarlar Abşeron rayonun Xırdalan şəhərində, Binəqədinin Biləcəri qəsəbəsində, Suraxanı rayonun Qaraçuxur və Yeni Günəşli qəsəbələrindəki divarlarda, fasadlarda yazılıb. İddia edilir ki, divarlara şüar yazanlara ya pulsuz narkotik vasitə, ya da...