“Vertu”su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı – FOTOLAR

Son vaxtlar müxtəlif tədbirlərdə boy göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun geyindiyi brend markalı və bahalı qış geyimləri, qiymətli saatı və ayaqqabısı hər kəsin diqqətini çəkməkdədir. 32gun.az bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Rəcəb Babaşov haqqında araşdırma aparıb.   Yanvarın 24-də  İcra Başçısının sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində sakinlərlə görüşərkən geyindiyin...

Texniki baxışla bağlı yenilik: Fevralın 1-dən…

Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq. Bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron...

“Siyəzən-broyler” gömrük qaydalarını pozdu – PROTOKOL

"Siyəzən-broyler" ASC-yə inzibati protokol yazılıb. Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərovun icraatındadır.  

Zabit digər zabit yoldaşını öldürdü

Hərbi qulluqçumuz vəfat edib. Bu barədə  hərbi Prokurorluqdan bildirilib. Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan...

Azərbaycanda “Mercedes” və “BMW”nin satışı qadağan edilə bilər – Almaniyaya bağlı qurumların fəaliyyətinə də məhdudiyyət qoyulması mümkündür

"Bu gün Almaniya Azərbaycana münasibətdə Fransadan heç də geri qalmır. Bunun müəyyən səbəbləri var. Çünki hər iki dövlət tarixən müstəmləkəçidir, dünyada ən böyük, ən dəhşətli müharibələrin iştirakçılarıdır, insan qatilləridir, faşizmin təbliğatçıları və məkanıdır. Buna görə də Almaniya Azərbaycan suverenliyini, Azərbaycanın inkişafını, müstəqil siyasət yeritməsini həzm edə bilmir. Bu, nəinki AŞPA-da müzakirələrdə özünü göstərir, eləcə də Almaniya kanslerinin verdiyi bir...

3 500 manat maaşla işçi axtaran dövlət qurumlarının adı niyə gizlədilir?

Xəbər və elan saytlarında tez-tez dövlət qurumlarında vakant vəzifələr üçün işçilər axtarıldığı barədə elanlar yerləşdirilir. Bu cür elanlarda əksər hallarda işçi axtran dövlət qurumunun adı göstərilmir və yüksək əmək haqqı vəd olunur. Məsələn, ötən gün xəbər saytlarının birində “Dövlət qurumu İctimaiyyətlə əlaqələr şöbə rəhbərinin assistenti vəzifəsinə vakansiya elan edir” sərlövhəli məlumat yerləşdirilib. Həmin məlumatda qeyd olunan vəzifə üçün 2 000 manat...

DİQQƏT: Köhnə buraxılışlı olan dollar əlinizdə yana bilər – VİDEO

Köhnə buraxılışlı olan dollarlar dövriyyədən çıxarılır. Vətəndaşlar həmin pul vəsaitini manata dəyişmək istədikdə çətinliklərlə üzləşiblər. Bəs maraqlıdır, bankların həmin köhnə buraxılışlı dolları daha ucuz kursa dəyişməsi nə dərəcədə doğrudur? Ətraflı Baku TV-nin süjetində:

Lənkəranda qaziləri döydürən sahibkarın onların üstünə şər atmaq cəhdi uğursuz alınıb,Cəzası nə olacaq?-FOTO

Ötən ilin dekabr ayında bir sıra xəbər portallarında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən “Ceyranbulaq” restoranında baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazisinin xəstəxanaya yerləşdirilməsi faktı ictimailəşdirilmişdi. Xəbər verilmişdi ki, dava Lənkaran rayonundan olan 6 nəfər Qarabağ qazisi restoranda yemək yeyəndən sonra baş verib. Məlumata görə, davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar...

Kamran Əliyev bəraət alan şəxsdən danışdı

“Ömürlük məhkum edilərək 10 il sonra bəraət alan şəxslə bağlı hökmdə bəzi mübahisəli məsələlər var idi”. Bu sözləri ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib. K.Əliyevin sözlərinə görə, hadisənin üstündən illər keçməsi, sübutların köhnəlməsi və digər məqamlar həmin bəraətdə əsas rol oynayıb. “Bütün bunlara baxmayaraq, bəraət bəraətdir”,- baş prokuror əlavə edib. Qeyd edək ki, Aydın Qəhrəmanov adlı şəxs...

Baş Prokurorluq 6 kriminalist axtarır

Azərbaycan Respublikasının Baş Prokurorluğu vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir. Baş Prokurorluqdan bildiriblər ki, müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 22-si saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir. Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə...