Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ – VİDEO
Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.
Xəbər verir ki, Ağcabədi sakini Allahverən Hacıyev iki il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.
Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib...
Saxta diploma görə cəzalanan şəxsin istəyi reallaşmadı
Şirvan Apellyasiya Məhkəməsində rəsmi sənədləri saxtalaşdırmada təqsirləndirilən Rəsul Umudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Bir müddət əvvəl Füzuli rayonunun Zobucuq kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin müavini vəzifəsində çalışan 1988-ci il təvəllüdlü Rəsul Umudovun işə daxil olarkən təqdim etdiyi diplomun saxta...
Bakı şəhər icra hakimiyyəti məhkəməyə verildi
Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.
"Orbita" MTK icra orqanı ilə bağlı Bakı İnzibati Məhkəməsinə mürciət edib.
Məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdir.
Bildirək ki, nizamnamə kapitalı 500 AZN olan şikayətçi MTK-nın qanuni təmsilçisi NAMİZƏD KƏRİMOV BƏŞİR OĞLUdur.
Xatırladaq ki, Bakı Şəhər icra hakimi Eldar Əzizovdur.
DİN-dən məktəblilər arasındakı dava ilə bağlı AÇIQLAMA
Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində bir qrup məktəbli arasında dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.
DİN mətbuat xidmətinin inspektoru polis kapitanı Nurlan Əliyev Pravda.az-a bildirib ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Daha bir məktəb gündəmdə: Bu dəfə müəllim… – VİDEO
Sosial şəbəkələrdə 317 nömrəli məktəbin 1B sinfində dərs prosesi zamanı çəkildiyi deyilən görüntülər paylaşılıb.
Sözügedən videoda müəllimin uşaqlarla kobud rəftar etdiyi, onlara "tərbiyəsiz", "gic", "xəstə" kimi ifadələr işlətdiyi öz əksini tapıb.
İddiaya görə, video ötən ilin noyabrında çəkilib və müəllim görüntüləri səhvən valideynlərə atıb.
Valideynlər iddia edir ki, görüntüləri qeydə alan müəllim uşaqlara həm psixoloji, həm də fiziki şiddət göstərir.
Görüntülərdə lövhədə tapşırıq yazan...
Mərmər zavodu məhkəməyə verildi
"Arkoz travertin - mərmər zavodu" MMC məhkəməyə verilib.
Şirkətlə bağlı Naxçıvanın Kommersiya Məhkəməsinə müraciəti "Naxçıvan Dəmir Yolları" MMC edib.
Mahiyyəti daşıma müqaviləsi üzrə mübahisələr olan iş hakim Elşən Salmanovun icraatındadır.
Ən çox qayda pozan supermarketlərin siyahısı açıqlandı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmət ötən il ərzində bəzi aparıcı supermarketlər haqqında inzibati protokollar tərtib edib.
Supermarketlər haqqında inzibati protokolun tərtib edilməsinin səbəbi qida məhsulunu üzərində göstərilən qiymətdən baha satılmaları olub.
Qeyd edək ki, barəsində ən çox inzibati protokol tərtib olanan marketlər şəbəkəsi “Araz” supermarketləri olub. Bu supermarket haqqında il ərzində 7 protokol tərtib edilib.
Bundan başqa...
“Bəzi restoranlar setlərlə müştəriləri aldadırlar” – Ekspert
Bir çox restoranlar müştərilərə müxtəlif setlər təklif edir. Bu setlərin daxilinə menyuda olan bir çox təamlar əlavə olunur, amma hesablayanda, menyudan ucuz qiymətə gəlir. Müştərilər setlərin daha sərfəli olduğunu düşünürlər və buna görə də həmin restoranlara üz tuturlar. Bu zaman sual da yaranır ki, bu cür ucuz satırsa, restoran nə qazanır?
Süfrə mədəniyyəti üzrə ekspert və restorator Mahir Əhmədzadə bunun...
Sakinlər şikayətçidirlər: Bakıda binanın özül daşları sökülür? – VİDEO
Bakının Binəqədi rayonunda sakinlər yaşadığı binanın zirzəmisinin sahibkar tərəfindən zəbt edilməsindən narahatdırlar.
Belə ki, kommunikasiya xətləri zirzəmidən keçir.
Sakinlər iddia edirlər ki, görülən işlər zamanı doqquzmərtəbəli yaşayış binasının özül daşlarına da ziyan dəyib.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Azərbaycan yarım milyard dollardan çox əczaçılıq məhsulları aldı
Ötən il Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 560,8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 92 milyon dollar azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.
Əlavə edək ki, 2022-ci ildə Azərbaycan 652,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.