“Borcu olanların suyu kəsiləcək!” – Bu xəbərdarlıq qanunidirmi?

Vətəndaşlar kommunal xidmətlərlə bağlı ödənişləri gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə bir çox halda aidiyyəti qurumlar tərəfindən göstərilən xidmət dayandırılır. Bu isə çox vaxt insanların narazılığına səbəb olur. Görəsən borca görə vətəndaşın qazının, suyunun, işığının kəsilməsi qanunidirmi? Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a açıqlamasında bu addımın qanunvericiliyə uyğun olduğunu qeyd edib. “Biz Allaha şükür etməliyik ki, mütəxəssislər...

Milli Məclisin deputatı cərimələndi

Milli Məclisin deputatı Məzahir Əfəndiyevə (Cavid oğlu) inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə...

Azərbaycanda 15 milyon manata pul satılır – VİDEO

Satış platformalarında qədim pullar dəyərindən yüksək qiymətə təklif olunur. Bir antik sikkə 15 milyon manata satılır. Kolleksionerlər isə bildiriblər ki, insanlarda qədim pullarla bağlı yanlış təsəvvürlər formalaşıb. Ətraflı AzTV-nin süjetində:

DSX-nin 342 minlik tenderinin qalibi olmuş şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş, dələduzluqda ittiham olunan "Zövq" MMC-nin direktoru Rza Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxs özü və onun müdafiəçilərinin, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs...

Akif Çovdarov əmlaklarının geri qaytarılmasını istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından verdiyi kassasiya şikayəti icraata verilib. Şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir...

Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistlərə çağırış edib

Mətbuat Şurası kütləvi aksiyaları işıqlandıran jurnalistlərə çağırış edib. Mətbuat Şurasından Pravda.az-a verilən məlumatda bildirilib ki, jurnalistlərin mitinqlər, piketlər, nümayişlər, ümumən, kütləvi aksiyalar zamanı informasiya toplamaq və yaymaq hüququ var. Amma bu hüquq media təmsilçilərini tərəfə çevirməməli, elə təəssürat yaranmamalıdır ki, onlar hansısa qütbün maraq və mənafelərindən irəli gələn fəaliyyət göstərirlər. "Jurnalistlər küçə aksiyalarında obyektiv davranmalı, soyuq yanaşmaları ilə seçilməli, durumun həssaslığını...

Vilayət Eyvazov Bakıdakı tıxaclarla bağlı göstərişlər verdi

Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib. Bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını...

“Paşa Kapital”ın vəzifəli şəxsi cərimə edilib

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi cərimə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən...

Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: 3 yaralı var

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub. Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır. Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov...

General: Birləşib qanunsuz iş görüblər, bilsəydim tədbir görərdim – MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə şahid...