Mərkəzi Bank bu şirkətə cərimə yazdı

"Klimatechnik" MMC-yə inzibati protokol yazılıb. Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş...

Jurnalistlər “Nikosayağı”nın məhkəməsinə buraxılmadı

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilib. Məlumata görə, məhkəmə zamanı anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi açıq keçirilsə də hakimlər heyəti jurnalistləri iclas zalına buraxmayıb. Qeyd edək ki, hadisə ötən ilin avqustun 15-də Nərimanov rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche”...

65 min manata satılan mobil nömrələri kimlər alır? – FOTO

Azərbaycanda müxtəlif qiymətə mobil nömrələr satılır. Bu nömrələrin qiyməti 5 manatadan başlayaraq 20000, 30000, hətta 50000 manata qədər qədər dəyişir. Bahalı nömrələrin satışı ilə bağlı məlumatlara isə həm nömrə satış mərkəzlərində, həm də müxtəlif elan saytlarında tez-tez rast gəlmək olur. Satıcılar bu qiymətləri onların müəyyənləşdirmədiyini bildirir, bahalığını isə rəqəmlərin uyğunluğuna görə olduğunu deyir. “Belə nömrələri alan varmı” sualına isə cavab olaraq tez-tez...

TƏBİB-in eks və indiki sədrlərinin biznesi: Şübhəli müqavilələr…

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı yeni şirkətlər yaradıb. Həmin şirkətlər "EPISOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:    3104592941), "SAĞLAM HƏYAT" MMC (VÖEN: 4400102811) və "ASMEDİCAL" MMC-dir (VÖEN: 1007166811). Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkətlər tibbi labaratoriya və diaqnostik xidmətlər sahəsində fəaliyyət göstərir və TƏBİB-in dövlət xəstəxanalarındakı labaratoyalarının milyonluq işlərini həyata keçirir. Ramin Bayramlı...

Bakıda timsah satılır? – FOTOLAR

Sosial şəbəkədə qarşımıza Bakıda timsah satılması haqda elan çıxdı. Bu yırtıcı heyvanın satış qiyməti haqda heç bir məlumat olmasa da, ünvan və telefon nömrəsi qeyd olunmuşdu.  “Yeni Sabah”ın əməkdaşı timsahla yerindəcə “tanış olmaq” üçün sözügedən ünvana yollandı. “Memar Əcəmi” metrostansiyanın  yaxınlığında yerləşən ekzotik heyvanların satıldığı mağazaya daxil olduqda bəlli oldu ki, əslində burada timsah satılmır. Sadəcə mağazanın sahibi diqqət cəlb...

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq məhsul satılıb. Bunun 33 milyardı ərzaq, qalanı qeyri-ərzaq məhsulları olub. 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb. Ötən il Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Belə ki, 2023-cü ildə...

Elşad Hacıyevin yarıtmaz kadr siyasəti “yuxarıdan” stimullaşdırılır?

Müəssisələr Müdriyyətinin direktoru Elşad Haciyevin müstəbid siyasəti yeni 2024-cü ildə də davam etməkdədir. Onun yarıtmaz idarəçiliyi barədə gileylərini “Nyus.az”-ın redaksiyası ilə bölüşən informator bildirir ki, Elşad Hacıyev müəssisəyə direktor təyin olunandan orada çalışan işçilərin qara günləri başlayib: “Belə ki, işə təyin olunan kimi 30 nəfər işçidən 16 nəfərini dərhal işdən azad etdi. Qalan 14 nəfərlə isə iki ildən çoxdur...

Bu dövlət qurumu üçün 13 milyonluq bina tikiləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi üçün bina inşa ediləcək. Binanın inşası üçün söküntü, tikinti və müxtəlif təchizat işlərini “Aztex Construction” MMC və “MAC Construction” QSC birgə konsorsiumu həyata keçirəcək. Görüləcək ilərin dəyəri isə 12 mln 707 min 775 manatdır.

Tələbkarlıq artıb, prokurorlar cəzalandırılıb – Bakıda

2023-cü ildə Bakı şəhər prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb. Şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub. Onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Mais Ağayev öz ərizəsi ilə işdən ayrılıb? – AÇIQLAMA

Səlahiyyətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) verilən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Mais Ağayevin öz ərizəsi əsasında işdən uzaqlaşdığı bildirilir. Mais Ağayev 2023-cü ilin noyabr ayından etibarən öz ərizəsi ilə işdən ayrılıb. Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Qurumun sözçüsü Tural Orucov isə bu barədə açıqlama vermək istəmədiyini bildirib: “Təmsil...