Halqa daralır: Bu nazir yeni hökumətdə təmsil olunmayacaq

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fevralın 7-də keçiriləcək prezident seçkilərindən sonra hökumətin tərkibi yenidən formalaşacaq. Bu proses həmişə dəyişikliklərlə müşahidə olunduğu üçün hökumət üzvlərindən kimin gedib, kimin qalacağı yenə müzakirə mövzusudur. Yenisabah.az hakimiyyətdəki mənbələri sayəsində vəzifəsini itirəcək hazırkı hökumət üzvlərindən birinin adını dəqiqləşdirə bilib. Elm və təhsil naziri Emin Əmrullayevin yeni hökumətdə təmsil olunmayacağı məlum olub. Gənc nazirin daha...

Hansı halda avtomobil cərimə meydançasına aparıla bilməz? – İZAH 

Hər gün rast gəldiyimiz bir hadisə avtomobillərin cərimə meydançasına aparılması çoxlarımızda belə bir sual yaradır: Hansı halda avtomobil cərimə meydançasına aparıla bilər? Suala vəkil Turan Abdullazadə aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən DYP əməkdaşı yanız müəyyən hallarda avtomobili cərimə meydançasına apara bilər: “Məsələn, şəxsin nəqliyyat vasitəsini idarəetmə hüququ və nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda, nəqliyyat...

20 Yanvar faciəsindən 34 il ötür

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi...

General Nizami Məmmədov və zabitlər məhkəmə qarşısında – 143 milyonluq mənimsəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun məhkəməsi başlayıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ayrı-ayrı hərbi hissələrin maliyyə rəisləri şahid qismində ifadə verir. Nizami Məmmədovla yanaşı zabitlər - Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadə də mühakimə olunur. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər xidməti vəzifələrindən sui-istifadə edərək bütün qoşun növlərində maliyyə məsələlərini...

Bakıda yerləşən meşə tipli istirahət parkı

Bakının Nizami rayonu, Qara Qarayev prospekti ilə Şirin Mirzəyev küçəsinin kəsişməsində yerləşən meşə tipli park baxımsız vəziyyətdədir. Sakinlər bildiriblər ki, parkın ərazisi uzun müddətdir istirahətə yararsızdır. Ərazidə ağaclar quruyub, iaşə obyektləri tikilir. Bəs parkda abadlaşdırma işlərinin aparılmasına nə mane olur? Daha ətraflı “ATV Xəbər”in süjetində:

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava — Məşhur sahibkarın oğlu həbs olunub

Bakının Suraxanı rayonunda yerləşən "Antalya" restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən "Antalya" restoranının çimərlik hissəsindəki 200x50 metr ölçülü əraziyə görə baş verib. Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala...

İçkilisən? 10 manat ver, “ayıq” yazılsın – VİDEO

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb. Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir. Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb. Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün 10 manat ödəniş etmək kifayətdir.  

Kabus deyil, gerçəkdir! – Bina sakinlərini gözləyən təhlükə

Çoxmərtəbəli bina sakinlərinin qorxulu yuxusuna çevrilən liftlər günümüzün aktual problemindən biri hesab olunur. Lift qəzaları kabusa bənzəsə də, təəssüf ki, gerçəkdir. Belə hadisələr insanların həyatı üçün olduqca böyük riskə səbəb olur. Zaman-zaman yaşanan lift qəzaları sakinlərdə hərəkəti asanlaşdırmaq üçün binalara quraşdırılan bu qurğulara qarşı böyük narahatlıqlar yaradır.  Bəs, analoji halların təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir? Məsələ ilə bağlı “Yeni Sabah”a danışan...

“EuroHome” ilə bağlı iş qaldırıldı – Müflis olur?

“EuroHome” MMC məhkəməyə verilib. “AzSığorta” ASC “EuroHome” ilə bərabər, “AF Holding”in sahibi Azay Möhnətov və onun oğlu Aqil Möhnətov barəsində iddia qaldırıb. Məhkəmə işinin mayihhəti hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələrdir (müflisləşmə - Hüquqi şəxsin müflis olması üzrə). İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının əvvəllər Azay Möhnətova...

Qaradağ Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

Qaradağ Rayon İcra Hakimiyyəti məhkəməyə verilib. İcra hakimiyyəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi edib. Mahiyyəti torpaq münasibətləri üzrə mübahisələr olan iş hakim Cahangir Yusifovun icraatındadır.