2,7 milyon borcu var, ölkədən çıxışına “stop” qoyulur – Arif Qasımovu “Park City” ilə nə bağlayır?
Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımova bağlı olan şirkətin rəhbərinin ölkədən çıxışına "stop" qoyula bilər.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyi barəsində məhkəməyə müraciət edilib.
2017-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan "Park City" tikinti şirkətinin hazırda vergi borcu 2. 780.034.39 manatdır.
Şirkətin...
Ələkbərovun nəzarətindən çıxan bankda 288 milyon yığılmış zərər
“Yelo Bank” ASC-nin 2023-cü ilin yekunları üzrə maliyyə hesabatları açıqlanıb.
Sözügedən dövrə bankın cəmi aktivləri 1 mlrd 566 mln 453 min manat təşkil edib. Bu isə 2022-ci ilin yekunları ilə müqayisədə 91% çoxdur.
Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 22,9% artaraq 764 mln 310 min manat təşkil edib.
2022-ci ilin son rübü ilə müqayisədə bankın depozit portfeli 2,3 dəfə artaraq 1 mlrd...
Lifti qırılan bina Şərurlu İsfəndiyarın şirkətinə məxsus imiş… – ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Bakıda binanın lifti qırılıb və xəsarət alanlar var. Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbilə 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.
Bəs, liftin qırılmasına səbəb nə olub? Ümumiyyətlə, sözügedən ünvandakı liftin təhlükəsizlik məsələsi necə tənzimlənir? FHN...
Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: “Qardaşım yalan deyir…”
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov açıqlama verib. Tağı İbrahimov Demokrat.az-a açıqlamasında sözügedən mebel sexinin sahibi olduğunu inkar edib.
"Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur".
Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb:
"Qardaşım yalan deyir,...
“Kristal Abşeron”dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı AÇIQLAMA
“Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsində baş verən hadisə ilə ünvanladığımız sorğuya şirkət tərəfindən cavab verilib.
Açıqlamada bildirilir:
"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq, lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti...
İbrahim Nehrəmli baş verən partlayışdan danışdı: “Tağı İbrahimov yerində bina tikəcəkdi…”
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli açıqlama verib. Hacı İbrahim açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib:
"Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə...
“Kontakt Home”a yenə cərimə yazıldı
“ABC-Telecom” MMC-yə inzibati protokol yazılıb.
Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.
Qeyd: MMC...
“Kharı bulbul travel” məhkəmə qarşısında
“Kharı bulbul travel” MMC məhkəməyə verilib.
MMC ilə Bakı Kommersiya Məhkəməsinə müraciəti “Manar company” şirkəti edib.
Mahiyyəti icarə müqaviləsi üzrə mübahisələr olan iş hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
General Şərif Əsədullayev vəfat etdi
Korrupsiya.az informasiya agentliyinin əldə etdiyi məlumata görə. Gecə saatlarında Şərif Əsədullayev dünyasını dəyişib.
Xatırladaq ki, Şərif Əsədullayev Allahşükür Paşazadənin yaxin qohumudur.O illərlə Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, vəzifəsində işləyib polis general-mayorudur.
Allah rəhmət eləsin!
Minlərlə insan gözləyir: Polisdə qeydiyyat bərpa edilib?
Bildiyiniz kimi, ötən ilin yanvarında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vaxtilə polis orqanlarının binalarında qeydiyyata düşmüş vətəndaşların hamısı qeydiyyatdan çıxarılıb.
Bu isə çox sayda insana problem yaradıb. Nazirlik bu addımın sui-istifadə hallarının qarşısını almaq üçün atıldığını bildirib.
Lakin son günlər yenidən polisdə müvəqqəti qeydiyyata düşməklə bağlı məsələ gündəmə gəlib. Maraqlıdır, qeydiyyatı olmayanların polisdə təkrar qeydiyyatı başlayıbmı? DİN-in mətbuat xidmətindən "Cebhe.info"-nun sorğusuna...