Bakıda QADAĞA: Beş mərtəbədən hündür bina tikmək olmayacaq
“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb ki, orada tikinti məsələlərinə məhdudiyyət qoyulub”.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.
O bildirib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:
O bildirib ki, xüsusilə şəhərin...
Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bank külli miqdarda zərərdə
Yola saldığımız 2023-cü ildə “Bank BTB” ASC-nin xalis zərəri 2 milyon 779 min manat olub.
Son 4 ilin 3-də “Bank BTB” ASC zərər edib.
Belə ki, 2022-ci ildə bankın xalis zərəri 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.
Məlumat üçün onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq...
Məhkəmə “Brand Service” şirkətinin iddiası ilə bağlı qərar çıxardı
Bakı Kommersiya Məhkəməsində "Smer" MMC-nin "Brand Service" MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.
Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia təmin edilib.
Qeyd: "Smer" MMC "Brand Service" MMC-ni məhkəməyə verərək icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Neftçilərin ölümündə ittiham olunan vəzifəli şəxs: “Onların əyinlərində “xilasedici jilet” yox idi”
Bakı Ağır Cinayətlər Məhkəməsind’ “Azneft” İstehsalat Birliyində “Neftqaztikinti” trestinin iki əməkdaşının dənizə düşərək ölməsində ittiham olunan Samir Mirzəyevin cinayət işi məhkəmədə verdiyi ifadəsi məlum olub.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O ifadəsində göstərib ki, 2003-cü il tarixdən SOCAR-ın “Neft Qaz Tikinti” Tresti 7 saylı tikinti quraşdırma bölümündə işləyib, təxminən 2005-ci il fevral...
Mərkəzi Bankın “Şərurlu İsfəndiyar”a qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR
Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin edilib.
Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli...
Taksi sifarişi operatorları barədə sərəncam
Taksi sifarişi operatorlarının Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatlarının siyahısı hazırlanacaq.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında”...
“Azərişıq”la bağlı məhkəməyə müraciət olundu
“Azərişıq” ASC məhkəməyə verilib.
ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Santexdetal LTD” şirkəti edib.
Mahiyyəti istehlak edilmiş elektrik enerjisinin haqqının ödənilməsi üzrə mübahisələr olan iş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: İş üzrə maraqlı şəxs kimi “Azərenerji” ASC göstərilib.
“Baku non ferrous and foundry company” məhkəməyə verildi
“Baku non ferrous and foundry company” MMC məhkəməyə verilib.
MMC ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciəti “As metal” MMC edib.
Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Fərman Həmidlinin icraatındadır.
FHN yanacağı ağacların dibinə tökdü – “Məhkəməyə verilməlidir” – VİDEO
Xəbər verdiyimiz kimi, dekabrın 12-də Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb. Hadisə nəticəsində 40 tona yaxın yanacaq yola dağılıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi etirazla qarşılanıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası tərəfindən dağılan yanacaq yuyularaq yol kənarındakı ağacların dibinə axıdılıb. Müzakirələr zamanı FHN əməkdaşlarının ekologiyaya qarşı məsuliyyətsiz davranmaları kəskin tənqid...
Azərbaycanda general işdən çıxarıldı, yerinə oğlu təyin edildi
Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib. Generalı bu postda oğlu, Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.
R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi idi.
Qeyd edək ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə,...