Balakəndə 19 yaşlı qız intihara cəhd edib.

APA xəbər verir ki, hadisə Balakən çayının Balakən şəhəri Bayraq dairəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Rayonun Qazma kənd sakini, 19 yaşlı Aysel Ramazan qızı Şütüyeva körpüdə intihara cəhd edib.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən aparılan söhbətlərdən sonra A.Şütüyeva intihar etmək fikrindən daşınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş