Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib. “Unikal”ın əldə etdiyi məlumata görə, Rauf Nağıyev Yasamal Rayon Məhkəməsinə müraciət edib. O, işə bərpa edilməsini tələb edir.

Xatırladaq ki, R.Nağıyev 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmışdı.

Paylaş