KORRUPSİYA.AZ saytın elektron ünvanına Bərdə rayonundan olan bir qurup ziyalı şikayət məktubu ünvanlayıb. Məktubu olduğu kimi ixtiyarınıza veririk:

Cənab Prezidentin Tərtər rayonuna gözlənilən səfəri ilə əlaqədar Bərdə rayonundada ciddi hazirlilar başlayib. Belə ki, hər gun Yevlax – Bərdə və Bərdə – Tərtər magistral yollari ve şəher daxili bəzi kücələr hər gün idarə-müəssisə və məktəb işcilərinin hesabına süpürülüb təmizlənir. Ən başlicası RİH nin Ərazi İdarəetmə şöbəsinin müdiri Zaur Bəylərovun bu səfər münasibətilə pulyıgma kompaniyasına start verməsidir. Bu həmən Zaur Bəylərovdur ki, haqqinda mətbuatda və Dövlət qurumlarinda rüşvətxorlugu ilə əlaqədar sil silə yazilar gedir. Hətta Tərtər rayon ƏƏSMM nin müdir müavini işləməsindən bu yana onun rüşvətxor əməlləri barədə cox yazılıb. Rüşvətxorlugunun həddi o dərəcəyə catibki artiq son bir ayda rayon ərazisində fəaliyyət göstərən uşaq baxçalarinin müdirlerini cagırıb təklif belə olub.Ya 5000 min manat ya işi təhvil ver. Əks təqdirdə hüquq mühafizə orqanlarina verəcəyəm. Razi olmayanlardan Bərdə şəhərindəki iki baxçanın müdiri tutdugu vəzifədən azad olundu.Hansıki uzun müddət iş stajına malik olan insanlar və üstəlik öhdəlrində azyaşlı uşaqlar olanlar.Özudə məcburiyyət qarşısında qalıb öz istekləri ilə işdən cıxma barədə ərizə veriblər.İndi Siz deyin İndiki vaxtda yaşayişın cətin oldugu bir dönəmdə kim könüllü ərizə  verib işdən cıxar. Bundan əlavə rayonun Ləmbəran, Mirzəxan, Xəsili, Əyricə və Göyüşlü kənd icra nümayəndələrinin hansıki uzun müddət iş stajına malik kadrllari hamısı Zaurun güdazına getdilər. Ona gorəki onun çirkin təkliflərinə baş əymədilər. Bütün bunlara rəgmən Zaur Bəylərovun cicəyi yenidən cırtlayıb. Belə ki, rayonun bütün icra nümayəndələrini, bələdiyyə sədrlərini, uşaq baxça müdirlərini və idarə-müəssisə rəhbərlərini yanina cagirib.Çagırmadıgı insanlara isə rəhbərlik etdiyi şöbənin əməkdaşlari vasitəsilə çatdirir ki yaxin günlərdə rayonumuza yüksək rütbəli qonaqlar gələcək onlarin qarşılanması və yola salinması üçün her kəs həcmindən asılı olaraq 500-1000 min manat arası pul gətirsinlər. İndi həmən müəssisə rəhbərləri bilmirlər neynəsinlər və dərdlərini kimə söyləsinlər. Onsuzda borc-xərc icində itib batirlar. Bilmirlərki bu tapşiriq həqiqətənmi yuxarıdan gəlib ya Zaurun öz planıdımı? Bakidan gələn qonagın Zaurun bu çirkin əməllərindən xəbərləri var ya yox.Artiq bu rüşvətxor məmura dur deməyin vaxtıdı. Bu insanın özü ve əmlləri tutdugu vəzifəyə, təmsil etdiyi dövlət qurumuna və üzvü oldugu partiyaya qara ləkədi. Odur ki, bu məsələləri ictimailəşdirmənizi və Bərdə rayonunu bu bəladan xilas etmənizi xahiş edirik.

Hörmətlə. Bərdə rayon ziyaliları adndan- G.Əliyev, ŞMustafayev, V.Xansuvarov, F.Quliyev, İ.Abbasov

Paylaş