365info saytı Nərimanov rayonu , Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin şikayəti əsasında həmin binanın məhəlləsindən bir neçə yazı hazırlayıb.

Sonuncu yazıda Aşıq Alı küçəsi ,7/19, mənzil 109 -da yaşayan Babayevlər ailəsinin məhəllədə öz avtomobilləri üçün qanunsuz yaratdığı avtomobil dayanacağından yazmışdıq. Hətta Babayev Ağababa İlqar oğlu həmin dayanacağa yol konusu qoyaraq konusun altına daş kubik bağlatdırmışdır və bina sakinlərinin avtomobillərinin qəsdən zədələnməsinə nail olmuşdur. Avtomobili zədələnənlərdən biri də həmin binanın sakini Mahmud Tağıyevdir. M.Tağıyev bir neçə dəfə Babayevlər ailəsinin qanunsuz hərəkətlərindən DİN-in rəhbəliyinə şikayət etmişdir. Və hər dəfə də şikayət Bakı şəhər BPİ-də araşdırılandan sonra Babayevlər ailəsinin izahatı alınmış, onlar polisə söz vermişdilər ki, bir daha qanunu pozmayacaqlar və binanın həyətində öz avtomobilləri üçün qanunsuz avtodayanacaq yaratmayacaqlar.

Ancaq Babayev Ağababa İlqar oğlunun sonuncu, vicdansız hərəkətindən əziyyət çəkən həmin binanın sakini Mahmud Tağıyev yenidən DİN-in rəhbərliyinə şikayət etmişdir.

Əlbəttə ki, şikayət yenə də Bakı şəhəri BPİ-nin İctimai Təhlükəsizlik İdarəsində araşdırılmışdır və Babayevlər ailəsinin izahatları alınmışdlr. Onların binanın məhəlləsində qanunsuz avtodayanacaq yaratdıqları məlum olmuşdur.

Zərərçəkmiş Bakı şəhər BPİ-ə dəvət olunan zaman onunla birlikdə 365info saytının jurnalisti də idarəyə gedərək orada araşdırmanın nəticələri ilə maraqlanmışdır.

365info saytının jurnalistinin dediyinə görə M.Tağıyev Bakı şəhər BPİ-ə dəvət olunan vaxt Babayev Ağababanın atası Babayev İlqar da idarəyə çağırılmışdır.

Qulağında mobil telefonla danışan İlqar Babayevə kənardan baxanda hiss olunurdu ki, o həyacan içindədir. Onun telefonla danışdığı şəxs çox güman ki, DİN-in əməkdaşı idi, kimə ki, İlqar Babayev özünü və oğlunu tapşırandan sonra Bakı şəhər BPİ-nin inzibati binasının yaxınlığında görsənib.

Bakı şəhər BPİ-də Babayevlər ailəsinin izahatları alınıb və onlar yenə də söz veriblər ki, bir daha binanın həyətində öz avtomobilləri üçün qanunsuz avtodayanacaq düzəltməyəcəklər.

Ancaq səhərisi gün bina sakinləri 365info saytının redaksiyası ilə əlaqə saxlayaraq bildiriblər ki, Babayevlər ailəsi indi də yol konusunun əvəzinə, yaratdıqları avtodayanacağa dəmir boru basdırıblar ki, onlardan savayı həmin yerdə heç bir sakin öz avtomobilini saxlamasın.

Bina sakinlərinin xahişi ilə 365info saytının jurnalisti yenidən həmin məhəllədə olub və bir neçə sakinlə söhbət əsnasında Babayevlər ailəsində bu qədər aqressiyanın haradan qaynaqlandığı ilə bağlı soruşaraq maraqlı məlumatlar əldə edib.

Deməli, Babayevlər ailəsinin bu cür hərəkət etməklərinin arxasında məhəllədə yaşayan bir xanımın dayandığı məlum olub. Həmin xanımın ailəsinə vaxtı ilə “Quska” ləqəbli Hüseyn Abdullayev “krışalıq” edibmiş və onlar da məhəllədə “at oynadıblar”.

İndi də “Quska” olmadığı üçün,onun yerinə “krışalığı” onlara deputat Adil Əliyev edir. Həmin xanım hətta deputat Adil Əliyevə güvənərək məhəllənin xeyir-şər evini öz şəxsi biznesinə çevirib.

Babayevlərin də Bakı şəhər BPİ-ə çağrılmamasını deputat Adil Əliyevdən o xahiş edib. Deputat isə öz növbəsində Bakı şəhər BPİ-ə qardaşı Məhərrəm Əliyevin vaxtından indiyəcən qalıb işləyən polis işçilərindən xahiş edib ki, Babayevlər ailəsi ilə bağlı daxil olan ərizəyə baxılmasın.

Ancaq buna baxmayaraq bina sakini M.Tağıyev yenidən DİN-in rəhbərliyinə şikayət etməyə hazırlaşır.

Araşdırmamız davam edir, bizi izləyin.

Şamil Həsənbəyli

365İNFO.AZ

Paylaş