Özünü media nümayəndəsi kimi təqdim edən şəxs səhiyyə işçisini şantaj edib.

“Korrupsiyaya son” qəzetinin təsisçis Hacı İbrahim adlı şəxs Tovuz rayonu Əyyublu kənd ASM-in bölmə müdiri Akif Əyyubova zəng edərək ona hansısa nişan taxılacağını deyib.

Daha sonra H.İbrahim səhiyyə işçisinə çəkiliş üçün göndərdiyi adamlara “hörmət” etməli olduğunu deyib.

Akif Əyyubov pul vermək imkanının olmadığını bildirəndən sonra onlar arasında mübahisə yaranıb və Hacı İbrahim onu şantaj edib.

BAKU.TV Hacı İbrahimlə əlaqə saxlasa da, o, şikayətçini tanımadığını deyib.baku.ws

Korrupsiya.az informasiya agentliyi olaraq Baku.ws ifşa etdiki, özünü jurnalist adlandıran şəxslə bağlı araşdırma apardıq.
Araşdırmamızın nəticəsindən məlum oldu ki,bu şəxslər 2010 cu ildə etdikləri reketliknən bağlı
“Bakısərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Abbasəliyev Faiq Əliyar oğluna yaxınlaşaraq özünü korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar ona iradlarını bildirməklə onu işdən çıxartdıracağı ilə hədələyib aldatma yolu ilə 300 manat məbləğində pul verməsini tələb etmişdilər Mövzunu sizlərə təqdim edirik
“Korrupsiyaya son” qəzetinin təsisçisinin niyə tutulduğu rəsmən açıqlanıb

Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi “Korrupsiyaya son” qzəetinin təsisçisinin həbsi ilə bağlı birgə rəsmi məlumat yayıb.

Məlumata görə, “Korrupsiyaya son” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru İsmayılov İbrahim Vaqif oğlu ötən il noyabrın 2-də saat 17 radələrində Bakı şəhəri, 28 May küçəsində taksi dayanacağında xidməti vəzifəsini yerinə yetirən “Bakısərnişinnəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Abbasəliyev Faiq Əliyar oğluna yaxınlaşaraq özünü korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim edərək, sonuncunun xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar ona iradlarını bildirməklə onu işdən çıxartdıracağı ilə hədələyib aldatma yolu ilə 300 manat məbləğində pul verməsini tələb etmiş və mobil telefonunun nömrəsini götürərək “Elit” Ticarət Mərkəzinin yaxınlığında görüşüb pulu verməsini bildirib.

Həmin gün axşam saat 20 radələrində İbrahim İsmayılov qabaqcadan əlbir olduğu “Korrupsiyaya son” qəzetinin redaktor müavini Çələbiyev Maarif Sayəddin oğlu ilə birlikdə Faiq Abbasəliyevdən pulu götürmək üçün təyin olunmuş yerə gəlib və taksidən özü düşməyərək Maarif Çələbiyevi pulu götürməyə göndərib. Sonuncu Faiq Abbasəliyev və Nəqliyyat Departamentinin digər əməkdaşına yaxınlaşaraq pulu tələb edərkən onlar həmin şəxsdən şübhələnərək hadisə yerinin yaxınlığında olan Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin əməkdaşlarına müraciət edib və bundan sonra İbrahim İsmayılov və Maarif Çələbiyev polis əməkdaşları tərəfindən yaxalanıb. Həmin faktla bağlı noyabrın 4-də Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu,178.2.1-ci və 310-cu maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Faiq Abbasəliyev İbrahim İsmayılov ondan pul tələb edərkən onun səsini mobil telefona yazıb və istintaqa təqdim edib. İbrahim İsmayılov istintaqdan yayındığından onun səs nümunəsini ekspertizaya təqdim etmək mümkün olmayıb və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilərək barəsində həbssiz axtarış elan olunub.

Rayon prokurorluğu və polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İbrahim İsmayılov 2010-cu il aprelin 7-də yaxalanaraq istintaqa təqdim edilib və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir

Paylaş