Abşeronda avtomobillər toqquşub, 2 nəfər ölüb.

Bu barədə Korrupsiya.az

a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua Xidmətindən məlumat verilib

Bildirilib ki, hadisə iyunun 19-u saat 22 radələrində rayonun Müşfiq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə B.Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Paylaş