Rusiyanın Kamçatka diyarında  qanuni oğru “Lotu Quli”nin (Nadir Səlifov) qardaşı  “Namiq Bakinski”nin tapşırıqlarını yerinə yetirən kriminal rəhbəri Elşad Quliyev saxlanılıb.

“Korrupsiya.az” xəbər verir ki, bu  barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilir ki, Quliyev cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda ittiham olunub. Belə  ki, Elşad Quliyev öən ilin payızında “Bakinski”dən xüsusi tapşırıq alaraq Kamçatkaya yollanıb.

“2021-ci ilin payızında “Namiq Bakinski” ona Kamçatkaya getməyi və bölgədəki fəaliyyəti “dondurmaq” üçün yerli kriminal rəhbəri ilə danışıqlar aparmağı tapşırıb”, – KİV yazıb.

“Avşak” statusu alan Quliyev “obşçak”ın nəzarətinə keçib. O, Kamçatkada kriminal mühitdə mübahisələrin həllində “üçüncü tərəfin hakimi” kimi çıxış edib.

Hazırda Quliyev hədə-qorxu ilə tələb etmə işi üzrə istintaq təcridxanasında istintaqa cəlb olunub.

Paylaş