Bakıda erməni təbliğatı – DİN-dən AÇIQLAMA

Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 191 ünvanında kitab rəfi yerləşdirilib. Həmin rəfdə Ermənistanda insan haqlarından bəhs edən kitablar qoyulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, adıçəkilən küçədə olan kitab rəfinə qoyulan kitablarla bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək”.

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı qərar verildi

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb.

Niyama qarşı 550 minlik dələduzluq – Maşınına həbs qoyuldu

Müğənni Niyam Salamiyə qarşı qohumu dələduzluq edib. Sənətçi bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, saxta kağıza qol çəkdirərək, ondan 550 min manat almaq istəyiblər: "Bu yaxınlarda başıma iş gəldi. Adını çəkmirəm, qohumlarım eşitsin. Məktub gəldi ki, bir insan var, ona pul borclusunuz. Özü də 550 min manat. Balan var, adını çəkmirəm. Restoranla müqavilə bağlamışam. Götürüb həmin kağızın...

Bakıda yolu kəsən avtomobil ATƏT-ə məxsus olub? – FOTO

Martın 10-da saat 23.00-da evə gəldim. Binanın həyətinə girmək istəyirdim ki, gördüm bu maşın "ərəbzəngi" kimi kəsib yolu, heç kimi buraxmır. Bəlli oldu ki, haradasa 4-5 saatdır ki, maşın beləcə həyətin yeganə girişini qapadıb, sürücüsü də harasa gedib. Nə edəcəkdim? Təbii ki, bəziləri kimi təkərini deşmədim, ya da maşını cızmadım. Hüquqi dövlətdə yaşayırıq, 23.01-də 102-yə zəng etdim. Şikayətimi qeydə...

Hüseyn Abdullayevin yeni cinayət işinin detalları

Xəbər verdiyimiz kimi, həbsdə olan sabiq deputat Hüseyn Abdullayev yenidən cinayət məsuliyyətinə cəlb edilib. Eks-deputat bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir. Hüseyn Abdullayevin yeni cinayət işinin detallarını əldə edilib. İttihama görə, Abdullayev qanunsuz hərəkətlərin reallaşdırılmasını maliyyələşdirib. Söhbət gedən məbləğ isə 5 milyon manatdan çoxdur. Bu iş üzrə istintaq Baş Prokurorluqda aparılır. Bir neçə gün...

Bakıda yerləşən apteklərdə YOXLAMA: Nöqsanlar aşkarlandı

Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəz tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə bir planlı və bir plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb. Yoxlamalar zamanı dörd aptekdə nöqsan aşkarlanıb, doqquz adda dərman vasitəsi (38 qutu) müsadirə edilib. Azərbaycan...

Deputatın oğlu vəzifəsindən azad edilibmiş

Milli Məclisin deputatı Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev vəzifəsindən azad olunub. Orxan Əliyev Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsindən azad olunub. Onun yerinə isə hələlik təyinat yoxdur. Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri saytımıza məlumatı təsdiqləyib. Qurum rəsmisi bildirib ki, bir müddət əvvəl Orxan Əliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor...

Keçmiş qanuni təmsilçisi “Neolit”i və Fərdi Məlikovu məhkəməyə verdi – Nə baş verib?

"Neolit" şadlıq sarayından və onun sahibindən maddi və mənəvi ziyan tələb edilir.  Tələbkar şadlıq sarayının keçmiş qanuni təmsilçisi Mirzə Feyzullayevdir. O, "Neolit" MMC-ni və onun sahibi Yaşar Məlikovun oğlu Fərdi Məlikovu məhkəməyə verib. Fərdi Məlikov hazırda "Neolit" MMC-nin qanuni təmsilçisidir. Mirzə Feyzullayev isə 2015-ci ilə qədər şirkəti təmsil edib. Onun hansı səbəbdən işdən çıxdığı və iddia tələbinin hansı əsaslara söykəndiyi bəlli...

Azərbaycanda bir milyon manat borcu olan iş adamı özünə qəsd etdi

Saatlıda güllələnmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib. Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri...

“Waze” naviqator proqramı sürücüləri aldadır? – VİDEO

Son vaxtlar “Waze” naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır. Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır. Xüsusən də “giriş qadağandır” nişanını sanki həmin proqram tanımır. O proqram vasitəsi ilə hərəkətə üstünlük verən sürücülər bir çox hallarda cərimə edilirlər. Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını real...