Bakıda şagird özünü məktəb binasından atdı

Bakıda şagird özünü məktəb binasından atıb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Qız uşağı müxtəlif bədən xəsarətləri alıb. Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.

Cəmil Əmirova yüksək vəzifə verildi

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib. Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.

Çağırışa gecikən təcili tibbi yardım həkimi vətəndaşı təhqir edib? – AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakı şəhər sakini Ülvi Quliyevin təcili tibbi yardım briqadasının çağırışa gec gəlməsinə dair şikayəti barədə açıqlama verib. TƏBİB-dən  bildirilib ki, vətəndaş tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 9-u, saat 16:29-da arterial təzyiq səbəbi ilə çağırış daxil olub: “Müraciət təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınaraq saat 17:05-də icraya verilib. Ünvana gedən təcili tibbi...

“Baku Electronics”də nə baş verir? – Vergi borcu 1,2 milyonu keçdi

Rəqəmsal və məişət texnikasının satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən biri olan “Baku Electronics”in dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var. “Baku Electronics” adlı mağazalar şəbəkəsi “Baku Electronics” MMC-yə bağlıdır. Məlumat üçün bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir....

Marketdən yağ alarkən ehtiyatlı olun: Alıcıları belə aldadırlar

Günümüzdə marketlər istehlakçılara bir neçə növ və markada duru yağ təklif edirlər. Market rəflərinə baxdığımız zaman növbənöv, müxtəlif çeşiddə yağların olduğunu görürük. Bəs bu çeşidlər arasında ən faydalı, ən keyfiyyətli olanını necə seçmək lazımdır? Gündəlik olaraq istifadə etdiyimiz yağlar həqiqətən keyfiyyətlidirmi? Mətbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Qida üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marketlərdən yağ alarkən bilinən markaları...

“Özsüt” restoranlar şəbəkəsini məhkəməyə verdilər

Ölkənin aparıcı restoranlar şəbəkəsindən biri olan “Özsüt”ün bağlı olduğu “Özsüt Azerbaijan” MMC-nin (VÖEN – 1005309101) barəsində məhkəmə iddiası qaldırılıb. “Özsüt” barəsində iddia “Legion Hospitality” MMC (VÖEN – 2007485911) tərəfindən qaldırılıb. Məlumatda bildirilir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib. İddianın müqavilədən əmələ gələn öhdəliklər üsrə mübahisələrlə bağlı olduğu bildirilir. Qeyd edək ki, barəsində iddia qaldırılan “Özsüt Azerbaijan” MMC 26...

Reseptlərin yazılması ilə bağlı mühüm xəbər

Klinik protokollar reseptlər yazılarkən əsas götürüləcək. Bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, klinik protokol həkim və ya feldşer tərəfindən hər hansı xəstəlik və ya xəstəlik əlamətləri zamanı tibbi yardım göstərilməsi ilə bağlı qərar qəbul edilməsində istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydalar toplusudur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən...

Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

Polis “28 May” stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir – 80 AZN…

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib. Ərazidə müvafiq nişanlar quraşdırılıb. Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir. Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var. Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir. Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün...

Azərbaycanda ən çox bu banklardan şikayət edilir – SİYAHI

Azərbaycanda 2024-cü ilin fevral ayında ən çox şikayət edilən bankların siyahısı açıqlanıb. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilir ki, ən çox şikayət edilən bank 5,26 indeksi ilə "Bank of Baku" seçilib. “Bank VTB Azərbaycan” siyahıda ikinci (3,24 indeksi), "Accessbank" isə üçüncü (2.55 indeksi) olub. Digər banklar üzrə göstəricilər isə aşağıdakı kimidir: