Daxili İşlər Naziri Vilayət Eyvazovdan gənclərə yüksək etimad 34 yaşlı Fərid Fətəliyevi Oğuza polis rəisi təyin etdi ƏMR❗

Korrupsiya.az informasiya agentliyi məlumat verir ki, Daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə göndərilib. Son illər Azərbaycanda yerli və mərkəzi icra hakimiyyəti, hüquq- mühafizə orqanlarında daha gənc kadrlar önə çəkilir.

Zərifə Abbasova haqda qiyabi həbs qərarı çıxarıldı – Axtarışa verildi

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin 980 min manat mənimsəmədə ittiham olunan mühasibi Zərifə Abbasova haqda qiyabi həbs qərarı çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev belə qərar qəbul edib. Z.Abbasova həm ibtidai, həm məhkəmə istintaqı dövründə azadlıqda olub. Lakin xanım müttəhim bundan sui-istifadə edib. O, ardıcıl bir neçə məhkəmə prosesinə gəlməyib. Hakim bu səbəbdən xanım müttəhimin həbs edilməsini uyğun hesab edib. Qərara...

İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği təsdiqləndi

Nazirlər Kabineti “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”ni təsdiq edib. “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği aşağıdakı kimi olacaq: “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği Sıra №-si   “İcazə” blanklarının adı Xidmət haqqı (manatla) 1. İkitərəfli yük daşımaları üçün “İcazə” blankı 40 2. İkitərəfli və tranzit yük daşımaları üçün “İcazə” blankı 40 3. Tranzit yük daşımaları üçün “İcazə” blankı 40 4. Üçüncü ölkəyə/ölkədən yük daşımaları üçün “İcazə” blankı 40 5. İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən...

Bakı Teleqüllə Kompleksi ilə bağlı QƏRAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksinin ərazisində sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görməyə hazırlaşır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, bu tədbirlər Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında ilk dəfə görüləcək. “Nazirliyin mütəxəssisləri burada qiymətləndirmə işləri aparıb və qərar veriblər ki, mümkün sürüşmə təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülsün”,...

BalaBaba Rzayev ləğv edilmiş bitki “alış-veriş”ini yenidən aktivləşdirdi – 483 min manata…

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Müxtəlif bitki və bitkilərə qulluq ləvazimatlarının satınalınması ilə bağlı elan etdiyi tenderin qakibi bəlli olub. Tenderin qalibi FLORA GARDEN" MMC olub. Tərəflər arasında 483.217,67 AZN-lik müqavilə bağlanacağı gözlənilir. Bildirək ki, Nizamnamə kapitalı 10 manat olan “Flora Garden” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, məh.2942A, ev 79, m. 17-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Emin Salam oğludur. Qeyd edək...

Bu şirkət barəsində də inzibati protokol tərtib edildi

“Flitstok” MMC-yə inzibati protokol yazılıb. Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 375.0.1-ci (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.

Şirkətlər arasında məhkəmə çəkişməsi

“Azbiodinamika” MMC məhkəməyə verilib. MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Aqrobiocore” şirkəti edib. Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

“Rafael Xələfov 11 ayın sultanı idi” – MN-də 9 milyonluq mənimsəmə işi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov deyib ki, işlərin görülməsi ilə bağlı bir qayda olub: “İşlər həmin qayda ilə davam edirdi. Bütün...

Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Ağdaş Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar...

Bu verilişlərlə bağlı qərar verildi

Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib. Həmin proqramların efir vaxtları  qısaldıralaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub. Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək. Xatırlatma: Bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı...