Ziya Məmmədov üçün “AST Telman” kabusu

Sabiq nazirin müdafiə komandası “qudasını” hədəfə gətirib Nəqliyyat Nazirliyi ləğv olunduqdan sonra işsiz qalan Ziya Məmmədovun biznes opponentləri onun üzərinə “hücuma” keçdilər. Bir zamanlar nazir statusundan istifadə edərək böyük biznes imperiyası quran Ziya Məmmədov bununla yanaşı özünə sərfəli biznes ortaqları da tapmışdı. Onun adı ABŞ prezidenti, daşınmaz əmlak maqnatı Donald Tramp və Rusiyada yaşayan milyarderlərlə iş ortaqlığında hallanırdı. Bir zamanlarda yayılan...

Avtobusun qapısı açıq qaldı – Sərnişin yıxılıb, öldü

Bakıda avtobusdan yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HAKİMİYYET.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb. Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. HAKİMİYYET.AZ

Şeyxin “vurulması”nın PƏRDƏARXASI – “Varis planı” Paşazadəni kimlərlə üz-üzə gətirdi?

Son günlər Bütün Qafqazın Şeyxi hədəfdədir. Öncə Çexiyada biznesinə dair sənədlər (nə qədər dəqiq olduğu bilinmir) paylaşıldı, ardınca, oğlunun birdəfəlik ölkəni tərk etdiyi qeyd edildi. Prosesin bundan sonra da davam edəcəyi gözlənilir. Əvvəlcə, Məhəmməd Paşazadənin ölkəni tərk etməsindən başlayaq. Söhbət hansısa müxalifətçidən və ya sıravi vətəndaşdan deyil, Şeyxin övladından gedir. Onsuz da istədiyi zaman hər tərəfə uçmaq imkanı olan şəxsin...

Bu sığorta agenti ləğv olunur

Azərbaycanda sığorta agentlərindən biri ləğv edilir. “Kompas-Konsaltinq” MMC ləğv olunur. Şirkətə sığorta agenti fəaliyyəti üçün verilmiş lisenziya ötən ilin yanvarın 11-də ləğv edilib. Qeyd edək ki, “Kompas-Konsaltinq” MMC 30.11.2006 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Hüseyn Həsən oğludur. Şirkətin kreditorları iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 63, mənzil 3 ünvanına bildirə bilərlər.

“Kim o şəxslərə səlahiyyət verib ki, maşınların cərimələnməsində iştirak etsinlər, avtomobillərin fotosunu çəksinlər?!”

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “Azparking” MMC mobil tətbiq yaradıldı, ödənişlər asanlaşdı. Bura qədər hər şey normaldır, amma bu işi də “azərbaycansayağı” etdilər. Hər yerə adam qoyublar, yaxşı, bu tədbiq üzərindəndirsə, bu adamları niyə şəhərə düzüblər?! Kim o şəxslərə səlahiyyət verib ki, maşınların cərimələnməsində iştirak etsinlər, avtomobillərin fotosunu çəksinlər?!” Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. “Bu MMC-nin topladığı pullar hara...

Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Ağdaş Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar...

ƏƏSMN Baş nazirin adından saxta sənəd hazırlayıb? – Qərarın adı var, özü yoxdur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koronavirus pandemiyasından ən üzüqara çıxan qurumdur desək, yanılmarıq. Ölkə başçısının müvafiq göstərişi ilə işsizlikdən əziyyət çəkən vətəndaşlara ayrılmalı olan 190 manatın bölgüsündə baş verən problemlər, ədalətsizlik əhalidə ciddi narazılıq yaratdı. Obyektivlik naminə qeyd etməliyik ki, pandemiya səbəbindən elan edilən xüsusi karantin rejimi dövründə maddi durumu ağırlaşan insanların sayı çox idi. 190 manatı alacaq vətəndaşların...

İki nazirlik Vəzirovun qohumunun taladığı musiqi kollecinə çağırıldı – İddialar

Təhsil Nazirliyi Ağdam Musiqi Kollecinin fəaliyyətini yoxlamağa çağrılır Bu barədə FİA.Az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə status paylaşılıb. Ağdam sakinləri Feysbukda yazıblar ki, nazirlik kollecdə təftiş aparmağa göstəriş versə, ciddi faktların üstü açıla bilər. Feysbuk istifadəçiləri qeyd edirlər ki, kollecin direktoru Laura Ağayeva təhsil ocağını bazara döndərib. Bunun faciəvi nəticəsidir ki, son 20 ildə musiqi kolleci Azərbaycan xanəndəlik məktəbinə bir nəfər istedad verməyib. Ağdam Musiqi...

Fərman Ceyranov, Gözəl Bayramlı… Tiflisdəki mühacir şəbəkə dağıdılır – Pərdəarxası

Bir neçə gün qabaq jurnalist Eynulla Fətullayevin Tiflisdəki anti-Azərbaycan qüvvələri iddiası ilə məqaləsi yayımlanmışdı. Müəllif hakimiyyətə qarşı Gürcüstanda yerləşmiş müxalifətçilərin fəaliyyətindən bəhs edirdi. Ulus.Az-ın xəbərinə görə, jurnalist onların bəzilərinin hansı Qərb təşkilatları ilə əməkdaşlıq etdiyini, maliyyənin necə hansı formada ötürüldüyünü iddia edirdi. Artıq həmin yazının praktik olaraq reallaşması görünür. Gürcüstanda keçmiş AMİP-çi, “Lanset” klinikasının rəhbəri, iqtidarla həmişə problemləri olmuş Fərman Ceyranov...

Nəsimi rayonunu sərpa soyarlar, ağrımaz… – Asif Əsgərov nədən arxayındır?

RİH başçısı sabiq komitə sədri Rafiq Əliyevdən 300 min manatı ala bildimi? Bu günlərdə Bakı şəhəri Asif Məhərrəmov küçəsi 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb oldu. “Sputnik Azərbaycan”-ın əməkdaşı Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların sakinləri ilə görüşərək, onların narazılıqlarını dinləyib. Sakinlər...