Hacıbala Abutalıbovun oğlu İstanbulda tarixi binanın üzərində əlavə tikili inşa edib – FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov İstanbulda tarixi binaya qanunsuz müdaxilə edib.
Belə bir iddia ilə Türkiyənin "artigercek.com" saytı çıxış edib.
Bildirilib ki, İsrafil Abutalıbov İstanbulun Fatih bölgəsində yerləşən tarixi binanın üstündə yeni mərtəbə inşa edib.
Nəşrin məlumatına görə, həmin bölgədə bir çox mülkə sahib olan İsrafil Abutalıbov bərpa adı altında binanın xarici görünüşünə xələl gətirib. Məsələ...
“Göyçay tikiş”i cərimə gözləyir
“Göyçay tikiş” MMC barəsində inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə...
“Expargo” müştəriləri aldadır? – İDDİA
“Expargo” karqo şirkəti bu dəfə də şikayətlərlə gündəmdədir. Şirkətin Qazax filialının müştərilərə qarşı dələduzluq etdiyi iddia olunur.
Çoxsaylı şikayətlərdə bildirilib ki, “Expargo”nun Qazax filialı müştərilərə xaricdən gətirilən malların şirkətə çatıb-çatmadığı barədə xəbərdarlıq etmir. Nəticədə, məhsulun harada olduğundan məlumatsız qalan vətəndaşa 3 gün keçdikdən sonra cərimə yazılır. Müştərilərə bildirişin göndərilməməsinin də məhz cərimə yazılması məqsədi daşıdığı iddia edilir.
Şikayətlərdə həmçinin bildirilib ki,...
“Bankdan 200 min kredit götürməyinə köməklik edəcəm” deyən şəxs fermeri aldatdı
Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaman Əliyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, Zaman Əliyev özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu...
Bakıda əhalinin kabusu olan beton zavodu: sakinlər sement udur? – VİDEO
Paytaxtın Yeni Yasamal yaşayış massivinin sakinləri bu ərazidə yerləşən Beton zavodundan ətrafa atılan tullantı, xüsusən də toz, dumandan şikayətçidirlər.
Sakinlər iddia ediblər ki, zavodda borulardan çıxan sement həyətlərinə dolur. Bu səbəbdən vətəndaşlar həyətə belə çıxa bilmirlər:
“Həyətdə paltar sərə bilmirik. Uşaqlarımız çölə çıxa bilmirlər. Yayda hava almaq, həyətdə oturmaq mümkün deyil. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma şikayətimizə baxılmır”.
Hər gün, xüsusilə...
Rövşən Əsgərov 50 min rubl cərimələndi
Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Moskvanın Savyolovski Məhkəməsi tərəfindən 50 min rubl (945 AZN) cərimələnib.
Bu barədə RİA Novosti məlumat yayıb.
R. Əsgərov İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 4-cü hissəsi (Xarici şəxsin fəaliyyət göstərməsi qaydasını pozma) ilə təqsirli bilinib. Səbəb ulduzun şəxsi “Youtube” kanalında xarici şəxs işarəsinin olmaması olub.
Qeyd edək ki, ötən ilin sentyabrında...
Bakı Dövlət Sirkinin binasında texniki nasazlıqlar aşkar edilib, fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib.
Bu barədə Bakı Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər verilib.
“Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan...
DSX generalının qız qaçıran bacısı oğlu həbs edildi
Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Aydınov Ümid Aydın oğlu qız qaçırdığı üçün həbs olunub.
Əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb. Ancaq qız evi şikayət etdiyindən Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nemət oğlu barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir...
“SNN Expert” əmək hüquqlarını pozub – PROTOKOL
“SNN Expert” MMC-yə inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi...
“Azəri şərab şirkəti” məhkəməyə verildi
“Azəri şərab şirkəti” MMC-yə inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi...