Zakir Fərəcovu prezident yanında bitirdi, Laçın şefinin “qələmi qırıldı” – İddialar

Prezident Nazirlər Kabinetində etdiyi dəyişikliklərdən sonra icra hakimiyyəti strukturlarını “təmizləyir” FİA.Az-ın xəbərinə görə, Binəqədi, Gədəbəy icra hakimiyyəti başçıları vəzifədən çıxarıldıqdan sonra növbə Laçın RİH rəhbərinə çatıb. Aqil Nəzərlinin qısa zaman ərzində qazandığı mənfi reytinq onun Laçın icra başçısı postundan getməsinə yol açıb. Ehtimal var ki, yaxın vaxtlarda onunla vida keçiriləcək. Məcburi köçkünlərin şikayət məktubları, sabiq şöbə müdiri Füzuli Tanirverdiyevin prezidentə açıqladığı faktlar, Müqabil...

Fermer kombaynsız qalıb, taxıllar məhv olur – Tovuzda

Tovuz “Aqrolizinq”dən daha bir şikayət Ölkə mətbuatında “Aqrolizinq” ASC ilə bağlı şikayət xarakterli yazılara tez-tez rast gəlmək olur. “Aqrolizinq” ASC-nin rayon filiallarında dövlət tərəfindən fermerlərə verilən azot gübrəsinin dəyərindən qat-qat baha qiymətə satılması barədə yüzlərlə şikayət var. Bu sarıdan ən çox şikayət olunan rayonlardan biri isə Tovuz rayonudur. 365info saytı bu yaxınlarda Tovuz “Aqrolizinq” və onun rəhbəri Vidadi Əkbərov barədə yazı dərc...

Etibar Pirverdiyev işıqların yenidən sönməsindən danışdı: “Eyni vaxtda iki rayonda yanğın başlayıb” – VİDEO

“Azərenerji”nin rəhbəri yanğının eyni anda başlamasının suallar doğurduğunu deyib “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”, - bunu virtualaz.org-a eksklüziv müsahibəsində “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev deyib. Onun sözlərinə görə,...

Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur… – İTTİHAM

- Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil. Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər....

Çörək bazarına yeni qaydalar gəlir: Liberal bazara müdaxilə, yoxsa? – ARAŞDIRMA

Son zamanlar çörəyin keyfiyyəti ilə bağlı məsələ yenidən müzakirə mövzusuna çevrilib. Gündəlik qida rasionumuzun əsasını təşkil edən çörəyin keyfiyyəti olduqca vacib məsələdir. Azərbaycanda kifayət qədər çörək istehsalı ilə məşğul olan sahibkarlar var. Amma onlar çörək istehsalında bütün normalara əməl edirlərmi? Bunu demək çətindir. Problem ondan ibarətdir ki, sahibkarlar müvafiq sənədlərlə təsdiq olunmuş qaydalara deyil, öz daxili “qayda-qanunları” ilə çörək istehsal...

Samir Şərifovun adamının maxinasiyaları… – İTTİHAM

Beyləqandan saytımıza daxil olan məlumata görə maliyyə idarəsinin müdiri İslam Allahverdiyev rayon su idarələrinin canını boğazına yığıb. Belə ki, hər ay su idarələrindən 500 manat haqq alan İslam Allahverdiyev ötən aydan bu rəqəmi qaldırıb 700 manata və bu da idarə rəhbərləri ilə rayon maliyyə şöbəsinin müdiri arasında gərginliyə, hətta qalmaqala səbəb olub . Rubrika.Az saytına Beyləqabdadan daxil olan məlumta görə...

Xaləddin İsgəndərovun “bələdiyyə qoçuları” iş başında

Cizgi filminə bənzəyən “cizgi planı əməliyyatı”, yaxud “multfilimsayağı işğal” Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun özünün və rəhbərlik etdiyi qoçu dəstəsinin rayon sakinlərinə etdiyi zülmlər, onlar üçün yaratdığı çoxsaylı problemlər əkəriyyəinə yaxşı məlumdur. Məhz bütün bu özbaşınalıqların nəticəsidir ki, ölkə başçısı X.İsgəndərovu tutduğu postdan uzaqlaşdırmış, əlaqədar qurumlar sabiq icra başçısı dövründə aparılan bir sıra tikintilərin sökülməsini həyata keçirmişdir....

Ərəblər “Ağ Göl” və “Aran Milli qoruğu”nu məhv edir-FOTOFAKT

Ağcabədi və Beyləqan rayonları ərazisində yerləşən "Ağgöl” Milli Parkı sözün əsl mənasında məmurların və onların övladlarının, qonaqlarının poliqonuna çevrilib. "Aran Milli Qoruğu" da həmçinin. Obyektiv.info-ya verilən məlumata görə hər il payız, qış və yaz aylarında milli parkın ərazisində qanunsuz ov nəticəsində onlarla ceyranlar məhv edilir, quşlar qırılır, hədsiz sayda balıqlar «brokonyer»lərin gəlir mənbəyinə çevrilir. Mediaya istinadla xəbərə görə, direktor Ağ Göl...

Ağahəsən Rəsulov bizi şoka deyil, sanki “şökə salır”

Xeyli müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yaşanan biabırçılıqlar, əksər media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Düzdür, hər dəfə dərc olunan açıqlamalara qarşı tərəf hansısa “don geyindirməyə” çalışıb və belə bir addımları ilə də, sanki ictimaiyyəti çaşdırmağı bacarıblar. Məsələn, əksər media qurumlarında dərc olunan məqalələrdə qeyd olunur ki,...

AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu içkili halda sükan arxasında! – Avtomobilinin qiyməti 300 mindir (Fotolar)

DYP-nin keçirdiyi son reyddə sərxoş halda saxlanılan sürücülərdən biri məmur övladıdır.  BakuPost-un məlumatına görə, kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib. Əldə etdiyimiz məlumata görə, Fərhad Hacıyev AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin...