Pulu qaytarmayıb intihar görüntüsü yaratdı – Bakıda inanılmaz fırıldaq
Dələduzluqda ittiham edilən iş adamı Cəfər Əliyevə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1974-cü il təvəllüdlü C.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, C.Əliyev Sadiq Yusifov adlı şəxsdən biznes qurmaq və gəlir əldə etmək adı ilə 145 min dollar (250 min manata yaxın) alıb.
İttihama əsasən, o, vədinə əməl...
Vətəndaşlar sevinir, sahibkarlar isə çətin durumda – “Kaspi”nin ARAŞDIRMASI
Azərbaycanda elektron ticarətin həcmi hər keçən gün artır. Bu, yerli sahibkarları, mağaza sahiblərini çətin durumda qoyur. Ekspertlər hesab edirlər ki, sahibkarlar rəqabətdə uduzmamaq üçün bizneslərini yeni tendensiyaya uyğunlaşdırmalıdırlar.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
“Trendyol” bu günlərdə Azərbaycandan 1,3 milyon istifadəçisinin olması ilə bağlı açıqlama verdi. Bu, Azərbaycanda elektron ticarətin formalaşmasını göstərən mühüm rəqəmdir. Lakin bu inkişaf da zərərsiz ötüşmür....
Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq
Xankəndidə yeni seçki məntəqəsi yaradılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq.
"Təxminən...
Generalla Hacı İbrahim arasında mübahisə davam edir – Nə baş verib?
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi general Adil Əliyevlə iş adamı Hacı İbrahim Nehrəmli arasında məhkəmə çəkişməsi davam edir.
Birinci və apellyasiya instansiyalarında uzlaşa bilməyən generalla iş adamı aralarındakı mübahisəni Ali Məhkəməyə daşıyıb. Əhməd Əhmədov iş üzrə hakim təyin edilib.
Bəzi məlumatlara görə, kassasiya şikayətini Adil Əliyev verib. Lakin şikayətçinin Hacı İbrahim Nehrəmlinin olduğunu söyləyənlər də var. Bu barədə dəqiqləşdirmə aparmaq...
Avropa İttifaqının vəsaitlərini Azərbaycanda mənimsəyən kimdir?
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Kənd İnkişafına Dəstək İctimai Birliyinin zərərçəkən qismində tanındığı cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qaynarinfo xəbər verir ki, Məmmədov Ramin Rafiq oğlunun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Dekabrın 26-na iş üzrə məhkəmə hazrılıq iclası təyin edilib.
Ramin Məmmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya...
Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? – Rəislərin ifadəsi
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib.
"Qafqazinfo”nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.
Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və...
Fazil Muxtafa prezidentliyə namizəd olacaq
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
O, bu barədə açıqlamasında məlumat verib.
F.Mustafa bildirib ki, bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə...
Regionların turizm problemləri, bahalı qiymət, aşağı xidmət – Həlli yolu nədir? (MÜSAHİBƏ)
(Yazı "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə hazırlanıb)
Regionların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığının təmin edilməsidir. Azad iqtisadi əlaqələr, qiymət tənzimləmələri dövründə bu qiymətlərin hər büdcəyə uyğunluğunu təmin etmək isə əsas şərtlərdəndir. Həmin bölgələrdə qiymət siyasəti ilə yanaşı xidmət keyfiyyətinin...
Zahid Oruc prezidentliyə namizəd oldu
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizəd olacaq.
Z.Oruc bu barədə Bakupost.az-a açıqlamasında bildirib.
Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir.
O bildirib ki, tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi...
Baş prokurorluqdan yeni tikililərdən mənzil alanlara XƏBƏRDARLIQ
Baş Prokurorluq tikintisi davam etdirilən və ya istismarına icazə verilməmiş çoxmənzilli binalardan mənzil alan vətəndaşlara xəbərdarlıq edib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, vətəndaşlar gələcəkdə ehtimal olunan qanunpozuntuları ilə rastlaşmamaq və ya cinayətin qurbanı olmamaq üçün tikinti şirkətindən aşağıda qeyd olunan sənədləri tələb edib nəzərdən keçirməlidir.
Binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,...