Siyavuş Novruzov: “Mürəbbə biznesim varsa və bunu inkar edirəmsə, babamın da, nənəmin də, dədəmin də, dədəmin dədəsinin də goruna lənət…”
Deputat Siyavuş Novruzov mürəbbə biznesi ilə məşğul olması iddialarına aydınlıq gətirib.
Bu barədə TV Müsavatın efirində aparıcı Sevinc Telmanqızı məlumat verib.
Aparıcı bildirib ki, son olaraq onun müəllifi olduğu verilişdə çıxış edən S.Novruzov deputatların maddi durumlarının ağır olmasından şikayətlənəndən sonra xaricdəki internet televiziyalarından birində çıxış edən jurnalist Qənimət Zahid onun barəsində “mürəbbə biznesinin olması” barədə iddialar səsləndirib.
S. Telmanqızı yeni ilin ilk...
Azərbaycanın bu kəndində sakinlərə gündə bir dəfə 30-40 litr su verilir – VİDEO
İsmayıllı rayonunun Gideyli kəndinin sakinləri içməli su sarıdan gileylidir.
300-ə yaxın sakin iddia edir ki, buna səbəb kənddə quraşdırılan mobil tipli su anbarıdır.
Belə ki, əhaliyə gündə bir dəfə 30-40 litr su verilir ki, həmin su da yarasızdır. Sudan həm qoxu gəlir, həm də qumludur.
Azərsu ASC-dən "Xəzər Xəbər"ə mövcud problemlə əlaqədar açıqlama verilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:
Bakıda kuryoz bina, pilləkəni yoxdur – VİDEO
Bakıda hündürmərtəbəli binanın birinci mərtəbəsində pilləkən yoxdur.
Söhbət Səbail rayonu Rostoropoviç küçəsində yerləşən yaşayış binasından gedir.
Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə düşüb-qalxmaq mümkün olmayacaq.
Sakinlərin iddiasına görə, “Pilot Residence” MTK binadan mənzil alarkən onlara başqa layihə təqdim edib, indi isə ondan əsər-əlamət yoxdur.
“Evimizə girişi də satıblar” - sakinlər bildirir.
Ətraflı ATV-nin süjetində:
Saleh Məmmədovun rəhbərlik etdiyi şirkətlərin milyonlarla borcu var – SİYAHI
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan strukturların dövlətə milyonlarla manat borcu yaranıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən MMC-lərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə milyonlarla vergi borcu var.
"2 №-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti - 416.866,36 manat;
"3№-li Magistral Yolların İstismarı" Məhdud Məsuliyyətli...
Azərbaycanda fantastik qiymətə samovar satılır – FOTOlar
Azərbaycanda fantastik qiymətə samovar satılır.
Bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Məlumata əsasən, 1860-cı ildə istehsal olunan samovar satışa çıxarılıb.
Qədimi əşyanın üzərində bir neçə möhürlər var. Həmin möhürlərin samovarın hansı ölkələrdə sərgilərdə olduğunu əks etdirir.
Niyə ödənişli yolda sürücülərdən artıq pul alınır?
Bir müddət əvvəl istifadəyə verilən Bakı-Quba yolunun ödənişli hissəsindən istifadə edən sürücülər narazıdırlar.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Sürücülər bildiriblər ki, getdikləri yolun məsafəsindən asılı olmayaraq, onlardan artıq ödəniş tələb edilir:
“Əslində giriş zamanı avtomobilin nömrəsi qeyd edilməli, çıxışda yazılan məbləği ödəməliyik. Yeni yolda isə bu nəzərə alınmayıb, standart məbləğ əvvəldən alınır. Əgər fikrinizi dəyişib, gedəcəyiniz yolu bitirsəniz, qalıq pulu verən olmayacaq”.
Məsələ...
Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir – İş Ali Məhkəmədədir
Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.
O, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.
Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.
Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə...
Əmlakını icbari sığorta etdirməyənlər bu qədər cərimələnə bilər
Qış aylarında ev və obyektlərdə baş verən yanğınların sayı artır. Hadisələr bəzən qısaqapanmadan, bəzən də ehtiyatsızlıqdan baş verir. Bir çox hallarda insanlar evlərini və obyeklərini sığortalamağa maraq göstərmirlər. Belə hadisələr zamanı isə çıxılmaz vəziyyətdə qalırlar. Xezerxeber.az-ın məlumatına görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, əslində Azərbaycanda əmlakın sığortalanması icbaridir. Ancaq faktiki olaraq bu və ya digər səbəbdən...
Özünü yandıran vəkillə bağlı – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, vəkil Zaur Məmmədov Vəkillər Kollegiyasının yanında özünü yandırıb.
Məsələyə kollegiyadan münasibət bildirilib.
Qurumun sədri Anar Bağırov hadisə haqda danışarkən bunları deyib: “Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidən kimi, Salyan rayon Vəkil Bürosunun müdiri ilə danışdım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.
Onun...
Emin anasının ad gününü belə təbrik etdi
Xalq artisti Emin Ağalarov anası İrina Ağalarova ilə bağlı paylaşım edib.
Müğənni anasını ad günü münasibətilə təbrik edib.
Emin arxiv görüntülərinin yer aldığı videoya "Ad günün mübarək, ana. Hər şeyə görə təşəkkür edirəm. Çox xoşbəxt və sağlam ol" sözlərini yazıb.