13 günə 10 tender udan “BİLGƏ QRUP” daha nə kimi işlər görür? – İLGİNC FAKTLAR
Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəli adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu bu gün heç kimə sirr deyil. Adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər bir və ya ber neçə satınalmaların qalibi olurlar. Bu Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı...
Xaricdən dərman gətirmək istəyənlərin diqqətinə: Resept əsas götürüləcək
Bu gündən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Bu, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə...
“Kanal 13”ün aparıcısı həbsdən BURAXILDI
"Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib.
R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb.
Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi.
Xətai Rayon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi.
“Ölü kart”lara maaş yazırdıq” – Müdafiə Nazirliyində 143 milyonluq MƏNİMSƏMƏ
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hərbi...
Məhkəmə saxta dollar satan şəxslərlə bağlı qərarı açıqladı
Ali Məhkəmədə saxta pul satmaqda ittiham olunan B.Tahirov və Z.Muradovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib. İmişli Rayon Məhkəməsinin hökmü ilə onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, B.Tahirov ilə Z.Muradov qabaqcadan əlbir olan bir qrup şəxs halında, istintaqa məlum...
Türkiyənin tanınmış iş adamının Azərbaycandan çıxışına “stop” qoyulur
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış iş adamı Akkurt Kiyas məhkəməyə verilib.
İş adamı ilə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi edib.
Mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Ramiq Qələndərzadənin icraatındadır.
Qeyd: O, "Galaksi" şirkətinin...
Azərbaycanda məşhur generala cərimə yazıldı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarova (Allahverdi oğlu) inzibati protokol yazılıb.
Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən...
İki nazirlik ləğv olunur: Yeni nazir isə… – KİV
2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirliyin yaradılacağı bildirilir.
Yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.
"Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olacağını bildirib", - deyə mətbu orqan bildirir.
Məlumata görə, nazirliyin birinci...
Xırdalanda 1 milyona yaxın borcu olan şirkət rəhbəri saxlanıldı – Saqqız oğurlayıb…
"Hernmort Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru marketdən saqqız oğurladığı üçün saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən supermarketdə baş verib.
Belə ki, şirkət direktoru marketdən 420 manat dəyərində "Dirol" markalı saqqızı oğurlayıb.
27 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılan şirkət direktorunun törətdiyi hadisəyə görə cinayət işinin başlanması rədd edilib. Onun barəsində...