Nizami bələdiyyəsində əməkhaqqı qalmaqalı

Nizami rayonunun Nizami bələdiyyəsi məhkəməyə verilib.  İddiaçı İbrahimova Sədaqət Rüstəm qızıdır. Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Sitarə Əliyevanın icraatındadır. Sədaqət İbrahimova Nizami bələdiyyəsindən əməkhaqqı tələb edir. Onun Nizami bələdiyyəsində hansı vəzifəni tutması barədə məlumat yoxdur. Ümumiyyətlə, açıq mənbələrdə Sədaqət İbrahimova haqqında hər hansı məlumata rast gəlinmir. Nizami bələdiyyəsinin sədri Vüqar Quliyevdir.

Vergi Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Ffərmana əsasən, Nazirlər Kabineti fiziki şəxslərin binalara görə əmlak vergisi ödəməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanundan irəli gələn digər məsələləri həll etməli, eləcə də aşağıdakı...

“Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” şirkətləri ilə bağlı cinayət işi açılıb

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb. Baş Prokurorluqdan Pravda.az-a verilən birgə məlumatda bildirilib ki, ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında...

Gəncə Avtomobil Zavoduna cərimə yazılmasının səbəbi açıqlandı

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinə inzibati protokol yazılıb. Gömrük Komitəsi zavod barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan...

Dövlət qəzetləri, televiziya və radiosu bağlanır – Pul yoxdur

Polşanın mədəniyyət və milli irs naziri Bartolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib. Bu barədə "RMF24" radiostansiyası bildirib.   "Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən "Telewizja Polska S.A.", "Polskie Radio S.A.", "Polskiej Agencji Prasowej S.A." şirkətlərini ləğv etmək qərarına gəldim", - deyə nazir bildirib. O qeyd edib ki, "indiki vəziyyətdə bu, həmin şirkətlərin...

Elm və Təhsil Naziriyi ilə “REM SERVİS”in qanunsuz bağça tenderi – “Üç dəfə isti yemək” müəmması…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlara dəstək məqsədilə bir çox fərman və sərəncamlar imzalayıb. Prezidentin 2018-ci il 14 dekabr tarixli fərmanı ilə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını, emalnı stimullaşdırmaq, satın alınmanı mərkəzləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bütün dövlət sifarişləri ilə bağlı alqı-satqı əməliyatları ATT-nin elektron portalında qeydiyyatdan keçməlidir. Bir...

Bakıda təhlükəli küçə: uşaqlar yola çıxmalı olur – icra başçısına müraciət

Sabunçu rayonu Bakıxanov qəsəbəsinin sakinləri rayonun icra başçısına müraciət edib. Müraciət qəsəbənin Əhməd bəy Ağayev küçəsi ilə bağlıdır.     Bildirilir ki, sözügedən küçə işıqlandırılmadığından axşam saatlarında avtomobil yollarında təhlükəli vəziyyət yaranır. Eləcə də, qarajlar binaətrafını zəbt etdiyindən həmin ərazidə yaşayan uşaqlar oynamaq üçün yola çıxmalı olur. Şikayətin davamında isə binaların ⁠alt mərtəbələrinin pəncərələri qarşısındakı çəpərlərin səkiləri zəbt etdiyi, yolun asfalt örtüyünün təmir...

“Araz” marketin satdığı konfetlər yenə xarab çıxdı – FOTO – VİDEO

“Araz” supermarketlər şəbəkəsi vətəndaşa xarab olmuş “Stet” konfetləri satıb. Bu barədə şikayət edən vətəndaş görüntüləri sosial şəbəkələrdə paylaşıb. Onun sözlərinə görə, xarab olmuş konfeti “Araz” supermarketlər şəbəkəsinin İnşaatçılardakı A.M.Şərifzadə 128A ünvanında yerləşən filialından alıb: “Vəziyyətə baxın. Yaxşı ki, kiməsə pay verilməyib, qonaq süfrəsinə qoyulmayıb. Bu biabırçılıqdır. Əlaqə nömrələrinə də cavab verən yoxdur. Bu, müştəriyə qarşı hörmətsizlikdir”. Vətəndaşın paylaşımına “Araz” tərəfindən belə şərh yazılıb: “Hörmətli...

Gömrük Komitəsi daha bir şirkətə cərimə yazdı

“Too far logistics” MMC-yə inzibati protokol yazılıb. Gömrük Komitəsi QSC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun...

“Abşeron tekstil”i cərimə gözləyir

“Abşeron tekstil” MMC-yə inzibati protokol yazılıb. Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib...