Protokol: “City Baku” da məcburi auditdən yayınıb
“City Baku” MMC-yə inzibati protokol yazılıb.
MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş...
“Azply” MMC barəsində inzibati protokol tərtib olunub.
Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi...
Vasif Talıbovu bitirəcək araşdırma
Naxçıvanda bütün tikintilər bu səbəbdən dayadırılıb; Prezidentini səlahiyyətli nümayəndəsi: “Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmayıb”; bütün muxtar respublikanı əhatə edən araşdırma sabiq Ali Məclis sədrinə Yeni ildə yaxşı perspektiv vəd etmir
“Bu gün Naxçıvan Muxtar Respublikasında ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb”....
İşçilər haqlarını tələb etdi, direktor müavini isə onları hədələdi – VİDEO
Abşeron rayonu ərazisində fəaliyyət göstərərən FHN-nin Su Ehtiyatları Dövlət Agentliyin Hidrotex MMC-nin 90 dan çox əməkdaşı nəyinki bayram pulunu, hətta öz aylıq əmək haqqlarını tam ala bilmədiklərini deyir.
Onların sözünə görə, hər il aldıqları bayram qonararı bu il kəsilib.
Şikayətçilər bildirir ki, aylıq əməkhaqlarının azlığı bir yana, hətta hər il verilən bayram qonararının kəsilməsi ilin sonunda deyilib. Halbu ki, Dövlət büdcəsindən...
Bakıdakı bu mağazalar şəbəkəsi bağlandı – FOTO
Bakıda fəaliyyət göstərən "Belarus Şirniyyatları" mağazaları bağlanır.
Şirkət məhkəmənin qərarı ilə rəsmən müflis elan olunub.
Məhkəmənin qətnaməsi ilə Həsənov Mahir Samir oğlu Əmlak inzibatçısı təyin edilib və dekabrın 23-də Qətnamə qanuni qüvvəyə minib.
Qeyd edək ki, "Belarus Şirniyyatları" mağazası şəbəkəsi Belarusun "Krasnıy pişevik" şirkətinin Bakıdakı nümayəndəliyidir.
Nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçi Uladzımır Davıdzıuk olan "Belarus Şirniyyatları"nın Bakının bir sıra ünvanlarında mağazaları...
Piyada keçidi 1 ildir işləmir, çətinliklər yaranıb – FOTO
Xətai rayonunun Ukrayna dairəsindəki yerüstü keçiddə liftin 1 ildir işləmədiyi deyilir.
Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.
Bildirilir ki, liftin işləməməsi xüsusilə uşaq və əlil arabaları ilə hərəkət edən piyadalar üçün çətinlik yaradır.
Qeyd edək ki, bununla bağlı şikayətlər mətbuatda bir neçə dəfə dərc olunub.
“Ölkə.Az” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərib.
Xatırladaq ki, sözügedən piyada keçidi 2020-ci ilin iyununda...
Mərhum generalla bağlı sensasion faktlar üzə çıxdı
Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşı xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
F.Məmmədov öldüyünə görə onu hüquqi varisi təmsil edir.
Digər təqsirləndirilənlər Fuad Şeydabəyov və Azər Xəlilov haqda isə həbs qətimkan tədbiri seçilib.
Cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib,...
Azərbaycanda 16 nəfərə VƏZİFƏ VERİLDİ
2023-cü ildə məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqədə uğur qazanan 16 nəfər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul hüququ qazanıb.
Qurumdan verilən məlumata görə, 2023-cü il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 211 133 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırılması üçün icraya yönəldilib. Statistikaya...
İran bankının rəhbər şəxsi Azərbaycanda şirkət yaratdı
“Melli İran” Bankının Bakı filialının rəhbər şəxsi yeni şirkət yaradıb.
, “Stone Supply Azerbaijan” MMC cari ilin oktyabrın 31-də dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 15 min manat, hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad ştq, Müşfiqabad Qəsəbəsi ev.4Q m.31-dir.
Şirkətin qanuni təmsilçisi İbrahimov Anar Arif oğlu “Melli İran” Bankının Bakı filialının müdir müavinidir.
Azərbaycanda 24 illik nəqliyyat şirkəti ləğv olunur
"Çörək Nəqliyyat" ASC ləğv olunur.
Bu barədə səhmdarlarının 2024-cü il yanvarın 30-da keçiriləcək növbədənkənar ümumi yığıncağında müzakirələr aparılacaq
Yığıncağın gündəliyinə həmçinin cəmiyyətin ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi, səhmlərinin ləğv edilərək dövriyyədən çıxarılması və bununla əlaqədar bütün digər məsələlərin həlli barədə qərar qəbul edilməsi məsələləri daxildir.
Qeyd edək ki, "Çörək Nəqliyyat" ASC 16.08.1999 tarixində dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Yusifov Adil Sabir oğludur.