Küçədə bunu edənlər 1500 AZN cərimə olunacaqlar – VİDEO

Avtobus dayanacaqlarında "işçi axtarılır", "kirayə ev", "torpaq satılır" və bu kimi elanlara tez-tez rast gəlinir. Dayanacaqlarda reklam yapışdırmaq üçün müəyyən hissələr ayrılıb və bunun üçün ödəniş etmək tələb olunur. Lakin ödəniş etmək boyun qaçıran şəxslər istədikləri elanı çap edərək onu dayanacaqlara necə gəldi yapşdırırlar. Üst-üstə yapışdırlan bu kimi elanlar sonda dayanacaqlarda acınacaqlı görüntü yaradır. Bu şəxslər xəbərsizdir ki, belə hallar üçün qanunda...

7 ay əvvəl işdən çıxarılan rəis müavini yenidən eyni vəzifəyə təyin edildi

Fövqəladə Hallar Nazirliyində 7 ay əvvəl işdən çıxarılan rəis müavini eyni vəzifəyə bərpa edilib.  Polkovnik Qabulov Teymur Lütfəli oğlu FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini təyin olunub. Qeyd edək ki, Teymur Qabulov ötən ilin sentyabr ayında FHN-nin "N" saylı hərbi hissəsinin komandiri vəzifəsindən azad edilərək, sözügedən vəzifəyə təyin edilsə də, bu ilin may ayında nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri...

Bakıda yol nişanı tikintinin içində saxlanıldı – FOTO

Bakının Səbail rayonunun Badamdar qəsəbəsində zibil konteynerlərinin yerləşdirilməsi üçün tikinti aparılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, Tofiq Məmmədov küçəsində səkidə üçtərəfli divar inşa edilib və yol nişanı içində saxlanılıb. Daha sonra isə tikinti sökülüb və nişan zədələnib.  

İş adamı ilə Mahmudovun övladları arasında alqı-satqı qalmaqalı davam edir

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsi davam edir.  Qaynarinfo xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı Ağarəhim Rəhimovu qane etmədiyi üçün apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. Ağarəhim Rəhimovla Mahmudovlar arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsində olub. İş adamı...

Vilayət Eyvazov və Bəylər Eyyubovla bağlı yayılan informasiyalar nəyə xidmət edir?

İctimai-siyasi hadisələrin cərəyan elədiyi dönəmlərdə hakimiyyət daxilindəki 5-ci kolon fəallaşır və öz missiyasını yerinə yetirmək üçün fəaliyyətə keçir. Əksər vaxtlarda uğursuzluğa düçar olan bu cür cəhdlərin arxasında siyasi qüvvələr dayanır. Onların isə piar üçün kifayət qədər media resursları mövcuddur. Avropaya sığınan “dost”larını informasiya ilə təmin edən 5-ci kolon feyk xəbərlərlə Azərbaycanda ictimai-siyasi atmosferə zərbə vurmaq istəyir. Avropada Azərbaycan əleyhinə...

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilir. Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz...

Su anbarları xəstəlik mənbəyi rolunda – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Binaların ehtiyat su anbarları ən azı ildə bir dəfə yuyulmalıdır. Dövlətin balansında olan binaların anbarlarında bu qaydaya əməl edilir. MTK-lar tərəfindən idarə edilən binalardakı su anbarlarının yuyulması isə idarəedicilərin insafına qalıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb ki, 2023-cü ilin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 790 min kubmetrdən çox olan 987...

Mingəçevirdə məktəb binasında işıq və istilik sistemi yoxdur – VİDEO

Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəb yararsız vəziyyətdədir. Belə ki, 10-15 il öncə inşa edilən məktəb binasında hazırda işıq və istilik sistemi yoxdur. Günəşli yaşayış massivində yerləşən sözügedən məktəbdə beş yüzdən artıq şagird iki növbəli təhsil alır. Valideynlərin sözlərinə görə, istilik problemi ötən ildən mövcuddur. Çıxış yolu olaraq isə sinif otaqlarında elektrik qızdırıclarından istifadə olunur. Ətraflı Baku TV-nin süjetində: Bizimlə əlaqə saxlayın

“Ağaclar kəsildi, tikinti işlərinə başlandı” – FOTO

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki (“Dərnəgül” metro stansiyası yaxınlığı) yaşıllıq sahəsində tikinti işlərinə başlanılıb. Bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb. Qeyd edək ki, həmin yaşıllıq ərazinin bir müddət əvvəl metal torla hasarlandığı, ağacların bir qisminin məhv kəsildiyi deyilir. Bildirilir ki, bu yaşıllıq sahəsi adı çəkilən küçədə tikinti obyektləri olmayan son ərazi idi.

Sabiq rektor Seymur Talıbovu məhkəməyə verdi – TƏFƏRRÜAT

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov barəsində məhkəmə iddiası qaldırılıb. Yeniavaz.com xəbər verir ki, Seymur Talıbov barəsində məhkəmə iddiası Naxçıvan Universitetinin sabiq rektoru, Naxçıvan Ali Məclisinin keçmiş deputatı İsmayıl Əliyev tərəfindən qaldırılıb. İddia ilə bağlı növbəti hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə yanvar ayının 18-də keçiriləcək. Daha əvvəl 3 dəfə hazırlıq...