“Parktown Residence” qanunsuz söküntü işi aparır – GİLEY
“Yasamal rayonunda yerləşən “Parktown Residence” şirkəti qanunsuz söküntü işi aparır. Yaşayış olduğu halda heç bir razılıq olmadan kran gətirib yerləşdirərək binanı dağıdırlar”.
Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu Qırmızı Şərq küçəsi mənzil 11-də yaşayan Əhməd Hacıyev müraciət edib.
O bildirib ki, özündən başqa 5 ailə də buradakı vəziyyətdən şikayətçidir. Belə ki, artıq 3 ildir davam edən məsələ isə şirkətin qanunsuz söküntü işləri...
Pul qazanmaq üçün: Quru sərhədləri açmaq lazımdır… – ÇAĞIRIŞ
“Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş aparır”.
Bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın "Sağlamlıq Turizmi Assosiasiyası" ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində fəaliyyət planı...
Ölkəmizdə satışı qadağan olan gizli kameralara tələbat artıb – VİDEO
İnternet resurslarında gizli kameralar açıq şəkildə satılır.
Belə ki, bu kameraların ölkəmizdə alışı, satışı və istifadəsi qanunla qadağan olunsa da, buna məhəl qoyulmur.
Satıcılar bildiriblər ki, son zamanlar gizli kamera ilə maraqlananların sayı artıb.
Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, gizli kameralar vasitəsilə çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir.
Ətraflı “ATV Xəbər”in süjetində:
Təhlükə saçan avtobuslar: “BakuBus” marşrutları niyə nasazdır? – ACIQLAMA + VİDEO
Bir neçə gün öncə sərnişinlər “BakuBus”a məxsus avtobusda tüstülənmə hadisəsinin şahidi olublar.
Bəs bu kimi problemlər niyə baş verir? Avtobuslar hansı müddətdə texniki baxışdan keçirilir?
Məsələ ilə bağlı “BakuBus” MMC-nin əməkdaşı Elşən Bağırov bildirib ki, avtobuslar hər gün səhər istismara verilməmişdən öncə və gecə istismardan qayıtdıqdan sonra mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir:
“Sözügedən hadisə isə avtomatik yanğın xəbərdarlıq sistemində yaranan deformasiya ilə bağlıdır....
Bərdədə qəzalı məktəb binası 40 ildir təmir olunmur – VİDEO
Bərdə rayonunda şəhid Abdulla İsmayılovun adını daşıyan Lənbəran kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.
Belə ki, 1983-cü ildə istifadəyə verilən məktəb binası 40 il ərzində təmir olunmayıb.
Buranın döşəməsi yarasız, pəncərələri isə demək olar ki, yoxdur.
Təhsil ocağının min şagird yerlik olmasına baxmayaraq, mövcud vəziyyətə görə davamiyyət də aşağıdır. Şagirdlər soyuqdan dərslərin bir çoxunda iştirak etmirlər.
Ətraflı “ATV Xəbər”in süjetində:
Elxan Əsədov da vəzifəsindən azad edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini işdən çıxarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elxan Xəlil oğlu Əsədov sözügedən vəzifəsindən azad edilib.
Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olan Elxan Əsədov uzun illər FHN-də çalışıb.
Kəmaləddin Heydərovun bacanağının şirkəti “Azərişığ”ı məhkəməyə verdi
“Azsığorta” ASC “Azərişıq” ASC-ni məhkəməyə verib.
İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Kənan Hüseynov iş üzrə hakim təyin edilib. İşin mahiyyəti barədə isə açıq mənbələrdə məlumat yoxdur.
Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin...
Kino Agentliyində “film kimi” korrupsiya – sabiq naziri tutula bilər
Hesablama Palatası Anar Kərimovun nazir olduğu dönəmdə yeyinti faktları ilə bağlı şok məlumatlar açıqladı - müvafiq materiallar Baş Prokurorluğa göndərilib
Hesablama Palatasından verilən məlumata görə, audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və bunun üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsini yoxlayıb.
Yoxlama 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan...
İcra başçısının gizli kamera qorxusu – MÜSTƏQİM MƏMMƏDOV İŞ OTAĞINDAKI QARA MEBELLƏRİ SÖKDÜRÜB
Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu həbsdən sonra Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də...
Məktəb direktoru bu əməlinə görə işdən çıxarıldı
Xaçmaz rayon Çiləgir kənd orta məktəbinin direktoru Anar Nəcməddinli tutduğu vəzifədən uzaqlaşdırılıb.
Direktorun bu vəzifədən çıxarılmasına əsas səbəb onun qanunsuz əməlləri olub.Beləki o, müxtəlif qeydiyyat yerlərinə aid olan şagirdlərin adlarını direktor olduğu Çiləgir kənd orta məktəbinin şagird siyahısına daxil edərək onların təhsildən yayınmasına şərait yaradıb.
Qeyd edək ki,Anar Nəcməddinli 5 il bundan əvvəl həmin vəzifəyə təyin edilmişdi.
Hazırda məktəbin direktor səlahiyyətləri təhsil...