Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib. Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisənin cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, mətbəxinə, görüş otaqlarına və digər obyektlərinə baxış olub. MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı məhkumların, o cümlədən, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş...

Hüquq müdafiəçisi Mehriban Zeynalova TƏHDİD VƏ TƏQİB edilir

Hüquq müdafiəçisi, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova təqib və təhdid edilir. Cebhe.info xəbər verir ki, hüquq müdafiəçisinə bir müddət əvvəl sosial şəbəkələr və telefon vasitəsilə başlayan hədə-qorxu artıq açıq təhdid halını alıb. Artıq M.Zeynalovanı izləyən şəxs təkcə “Təmiz dünya”nın ofisi və sığınacağının yerləşdiyi binanın ətrafında yox, M.Zeynalovanın evinin yaxınlığında da onu izləyir. Hüquq müdafiəçisinin sözlərinə görə, onu...

Səlim Müslümovun yaxın adamı saxlanıldı – SABİQ APARAT RƏHBƏRİ

Sabiq nazir Səlim Müslümova yaxın olan şəxslərdən bir nəfərin saxlanması ilə bağlı xəbər yayılıb. Korrupsiya.az xəbər verir ki, bu barədə millət vəkili Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, Əjdər Ol həmin nazirlikdə S. Müslümovun müavinlərindən daha böyük səlahiyyətlər daşıyırdı. "Mətbuat yazır ki, yazıçı-şair Əjdər Ol saxlanılıb. Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri...

qİcra başçısıyla nazir üz-üzəaldı-Baş həkim istefa ərizəsi yazıb rayondan qaçdı -Müəmma

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rövşən Pənahov istefa verib. BakiPost.az-ın əldə etdiyi məlumata görə, o rəsmi olaraq işdən çıxarılmasa da, artıq 1 aya yaxındır ki, işə gəlmir. Bildirilir ki, onun işdən çıxmasına səbəb rayonun icra başçısı Mahir Quliyevlə arasında yaranmış problemdir. Problemə səbəb kimi isə başçının ondan rayonun bəzi xərcləri qarşılamasını istəməsi olub. Buna razı olmayan baş həkim isə...

XAÇMAZDA ŞOK MƏNİMSƏMƏ ÜSULU:Nazim Ağayev antivirusa 10 min 426 manatı necə xərcləyib?

Vətəninfo.az-a daxil olan məlumatda iddia edilir ki,Sovet dövründə kolxoz sədri, sonradan rayon icra hakimiyyətini başçısının müavini, uzun müddət YAP Xaçmaz təşkilatının sədri, on səkkiz il Xaçmaz rayon Regional mədəniyyət İdarəsinə rəhbərlik etmiş Nazim Ağayev rəisi olduğu idarənin kompyuterləri üçün antivirusa 10 min 426 manat pul silib. Daxil olan məlumatda o da vurğulanır ki,Nazim Ağayevin korrupsiya yolu ilə taladığı pulların cəmi...

“Oba” market şagirdləri zəhərlədi – Son dəqiqə

Paytaxtın Suraxanı rayonu, 278 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Bu barədə Anaxeber.az-a məktəbdən verilən məlumata görə, zəhərlənməyə səbəb “Oba” marketdən alınmış “Vesley bello” şokoladları olub. Məktəbdə zəhərlənən şagirdlər xəstəxanaya çatdırılıb. Əməkdaşımız məktəb direktoru ilə görüşmək istəsə də, onun da xəstəxanada olduğu bildirilib. Şagirdlərin aldığı şokoladın vaxtı keçmiş məhsul olduğu müəyyən edilib. “Oba” marketdə köhnə məhsulların satışı ilk dəfə deyil....

“Azərbaycandakı casus şəbəkəsi nəhəng infrastruktura malikdir” – Həbslər davam edəcək?

"Dünən iki keçmiş MTN generalının həbsi üzun müddətdir, müzakirə etdiyimiz işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir. Onlardan biri - Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin və digəri - Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub”. Korrupsiya.az xəbər verir ki, bunu sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, görünən odur ki, cinayətkarların immuniteti artıq tükənib: "Bu isə istənilən halda...

Bakıda hər dayanacağa 10 min dollar atılıb

Sərf edilən təxminən 6 milyon pulun aqibəti Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. Bir neçə il öncə dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da nədənsə, onların əksəriyyətindən heç bir məlumat almaq mümkün deyil. Dayanacaqlarda quraşdırılmuş monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan...

İntim görüntü şantajçılarını hansı cəza gözləyir? – Vəkildən açıqlama

Son zamanlar vətəndaşların intim görüntülərlə şantaj edilməsi halları artıb. Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə Sfera.az-a açıqlamasında deyib ki, Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ mövcuddur. Müsahibimizin sözlərinə görə, eyni zamanda hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var: "Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla...

Faciə baş verən otelin adı niyə gizlədilir ?

Mayın 26-da Bakı şəhər sakinləri Samir Niftullayev və Nağı Nağıyev Səbail rayonu ərazisindəki otellərdən birinin şüşələrini çöldən təmizləyərkən bərkidici kəndirin qırılması nəticəsində 7-ci mərtəbədən yıxılıblar. Xəstəxanaya yerləşdirilən S.Niftəliyev orada ölüb, digərinin vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır. (APA ) Yayılan məlumatda faciənin baş verdiyi otelin adı göstərilmir. Biz məsələyə aydınlıq gətirmək üçün Səbail Polis idarəsi ilə əlaqə saxlasaq da...